Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Əlaqələr, rəsmi xronika
» Avropa parlamentariləri Dağlıq Qarabağın işğaldan azad olunmasını tələb etdilər
20.04.12 13:30
Avropa İttifaqı ilə Azərbaycan hökuməti arasında Assosiasiya sazişinin aprelin 17-də keçirilən müzakirəsi zamanı Avropa parlamentinin üzvləri Dağlıq Darabağla bağlı maraqlı təkliflər irəli sürüblər.
İlk növbədə müvafiq sazişin imzalanması üçün həmin qurum Azərbaycan və Ermənistna üzrə məruzəçi təyin edib. Azərbaycan üzrə məruzəçi Aneli Yakenmatin, Ermənistan üzrə məruzəçi isə Toreba Tomas təyin olunub.
Məruzəçilər məsələ ilə bağlı dəfələrlə Azərbaycanda və Ermənistanda olublar. Avropa Parlamentində də çoxsaylı məruzələr ediblər. Assosiasiya sazişinin imzalanması ilə bağlı aprelin 17-də aparılan müzakirələrdə Avropa Parlamentinin üzvləri Dağlıq Qarabağla bağlı müxtəlif fikirləs səsləndiriblər.
Tədbirdə çıxış edən Avropa Parlamentinin üzvü Vaygere İnesse bildirib ki, Dağlıq Qarabağ problemi mərhələli şəkildə həll olunmalıdır. Bunun üçün isə ilk növbədə erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxarılmalıdır.
“Öncə qoşunlar işğal olunmuş ərazilərdən çıxmalıdırlar. Növbəti mərhələdə sülhməramlı qüvvələr həmin əraziyə yerləşdirilməlidir. Qaçqın və məcburi köçkünlər öz yerlərinə qayıtmalıdır. Onların təhlükəsizliyi təmin olunmalıdır. İnsanlar arasında inam məsələsi həll olunmalıdır”-deyə parlamentari qeyd edib.
Avropa Parlamentinin digər üzvü İbrisadiç Anna da münaqişə ilə bağl geniş nitq söyləyib:
“Bu günə kimi danışıqlarda hər hansı inkişaf görünmür. Ona görə işğal olunmuş ərazilər silahlı qüvvələrdən boşladılmalıdır. Mən özüm Balkanlarda böyümüşəm. Müharibənin nə olduğunu çox yaxşı bilirəm. Biz bu haqda çox danışa bilərik. Amma danışıqlar məsələsi işğal məsələsini həll eləmir. Ilk növbədə silahlı qüvvələr işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Daha sonra referendum və danışıqlar məsələsi həll oluna bilər”.
Digər parlamentari Laz Berger çıxış edərək bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra yeganə ölkələrdəndir ki, keçmişin nəzarətindən çıxa bilib.
”Azərbaycan SSRİ-nin tərkibindən çıxandan sonra yeganə ölkələrdəndir ki, keçmişin nəzarətindən çıxa bilib. Bu gün Azərbaycan Avropaya inteqrasiya yolunu keçib. Bu baxımdan Avropa Parlamenti Azərbaycanla bu sazişin imzalanması üçün mütləq fəaliyyətini göcləndirməlidir”-deyə L.Berger vurğulayıb.
Avropa Parlamentinin digər üzvü Kazak Mətin də münaqişənin həllinə mane olan amillərin həllinin vacibliyini nəzərə çatdırıb. Onun sözlərinə görə, münaqişənin həlli üçün öncə erməni silahlı qüvvələri Dağlıq Qarabağdan çıxarılmalıdır.
“Həmin ərazilər Azərbaycanın öz nəzarətinə qaytarılmalıdır. Bundan sonra danışıqlar prosesi gedə biləê”.
Daha sonra Persoq Ediç də digər həmkarları kimi 20 ildir davam edən Dağlıq Qarabağ münaqişəsində irəliləyişin olmadığını deyib. P.Ediç bildirib ki, problemin həlli naminə hər kəs öz köməyini ortaya qoymalıdır. Deputat Avropa Birliyini də bu işdə fəal olmağa çağırıb.
Qeyd edək ki, bu məsələ ilə bağlı Avropa Parlamentində qətnamə qəbul olunub.
URL / WWW
http://atxem.az/news/a-15275.html