Axtarış: 
Avropa parlamentariləri Dağlıq Qarabağın işğaldan azad olunmasını tələb etdilər
+  -  Çap 
Yerləşdirilib: 20.04.12 | Baxılıb: 4101
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Avropa İttifaqı ilə Azərbaycan hökuməti arasında Assosiasiya sazişinin aprelin 17-də keçirilən müzakirəsi zamanı Avropa parlamentinin üzvləri Dağlıq Darabağla bağlı maraqlı təkliflər irəli sürüblər.
İlk növbədə müvafiq sazişin imzalanması üçün həmin qurum Azərbaycan və Ermənistna üzrə məruzəçi təyin edib. Azərbaycan üzrə məruzəçi Aneli Yakenmatin, Ermənistan üzrə məruzəçi isə Toreba Tomas təyin olunub.
Məruzəçilər məsələ ilə bağlı dəfələrlə Azərbaycanda və Ermənistanda olublar. Avropa Parlamentində də çoxsaylı məruzələr ediblər. Assosiasiya sazişinin imzalanması ilə bağlı aprelin 17-də aparılan müzakirələrdə Avropa Parlamentinin üzvləri Dağlıq Qarabağla bağlı müxtəlif fikirləs səsləndiriblər.
Tədbirdə çıxış edən Avropa Parlamentinin üzvü Vaygere İnesse bildirib ki, Dağlıq Qarabağ problemi mərhələli şəkildə həll olunmalıdır. Bunun üçün isə ilk növbədə erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxarılmalıdır.
"Öncə qoşunlar işğal olunmuş ərazilərdən çıxmalıdırlar. Növbəti mərhələdə sülhməramlı qüvvələr həmin əraziyə yerləşdirilməlidir. Qaçqın və məcburi köçkünlər öz yerlərinə qayıtmalıdır. Onların təhlükəsizliyi təmin olunmalıdır. İnsanlar arasında inam məsələsi həll olunmalıdır"-deyə parlamentari qeyd edib.
Avropa Parlamentinin digər üzvü İbrisadiç Anna da münaqişə ilə bağl geniş nitq söyləyib:
"Bu günə kimi danışıqlarda hər hansı inkişaf görünmür. Ona görə işğal olunmuş ərazilər silahlı qüvvələrdən boşladılmalıdır. Mən özüm Balkanlarda böyümüşəm. Müharibənin nə olduğunu çox yaxşı bilirəm. Biz bu haqda çox danışa bilərik. Amma danışıqlar məsələsi işğal məsələsini həll eləmir. Ilk növbədə silahlı qüvvələr işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Daha sonra referendum və danışıqlar məsələsi həll oluna bilər".
Digər parlamentari Laz Berger çıxış edərək bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra yeganə ölkələrdəndir ki, keçmişin nəzarətindən çıxa bilib.
"Azərbaycan SSRİ-nin tərkibindən çıxandan sonra yeganə ölkələrdəndir ki, keçmişin nəzarətindən çıxa bilib. Bu gün Azərbaycan Avropaya inteqrasiya yolunu keçib. Bu baxımdan  Avropa Parlamenti Azərbaycanla bu sazişin imzalanması üçün mütləq fəaliyyətini göcləndirməlidir"-deyə L.Berger vurğulayıb.
Avropa Parlamentinin digər üzvü Kazak Mətin də münaqişənin həllinə mane olan amillərin həllinin vacibliyini nəzərə çatdırıb. Onun sözlərinə görə, münaqişənin həlli üçün öncə erməni silahlı qüvvələri Dağlıq Qarabağdan çıxarılmalıdır.
"Həmin ərazilər Azərbaycanın öz nəzarətinə qaytarılmalıdır. Bundan sonra danışıqlar prosesi gedə biləê".
Daha sonra Persoq Ediç də digər həmkarları kimi 20 ildir davam edən Dağlıq Qarabağ münaqişəsində irəliləyişin olmadığını deyib.  P.Ediç bildirib ki, problemin həlli naminə hər kəs öz köməyini ortaya qoymalıdır. Deputat Avropa Birliyini də bu işdə fəal olmağa çağırıb.
Qeyd edək ki, bu məsələ ilə bağlı Avropa Parlamentində qətnamə qəbul olunub.


VIDEO
Keçən əsrin ən ağır cinayətlərindən biri: Xocalı soyqırımı - 26.02.2026
 
 
Vaşinqtondan başlayıb Cənubi Qafqazda davam edən strateji tərərfdaşlıq - 12.02.2026
 
Cənab Prezidentin cəmiyyətə ötürdüyü mesaj - 12.01.2026
 
Prezident İlham Əliyevin müsahibəsində Türk dünyası ilə bağlı strateji xətt - 07.01.2026
 
Azәrbaycan әdәbiyyatının görkәmli nümayәndәlәrindәn olani Nəriman Hə­sənzadənin 95 yaşı tamam olmuşdur - 20.02.2026
 
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Mar.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: ìì
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo