Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Türk dünyası xəbərləri » M.Çöhrəqanlı: “İran üç hissəyə bölünəcək”
27.04.12 07:16

“Yaxın bir il ərzində İranda rejimin ya beynəlxalq müdaxilə, ya inqilab yolu ilə dəyişəcəyi yəqindir”, - deyə ABŞ-da yaşayan Güney Azərbaycan dissidenti Mahmudəli Çöhrəqanlı mətbuat konfransında İrandakı vəziyyətlə bağlı mövqeyini bildirib.

Dünya Azərbaycanlıları Konqresinin (DAK) XII qurultayının nəticələrinə dair Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirilən mətbuat konfransına İnternet vasitəsilə qatılan DAK Məşvərət Məclisinin sədri M.Çöhrəqanlı İrandakı durumu kritik adlandırıb.
İranın üç bölgəyə ayrılacağı deyilib. Belə ki, Pakistandakı Belucistan ərazisilə İrandakı Belucistan ərazilərinin vahid dövlət tərkibində birləşdiriləcəyi qeyd olunub. İraqətrafı İran ərazilərinin kürd dövləti ərazisi olması nəzərdə tutulur.
İran neftinin 75%-nin cəmləşdiyi ərəblər yaşayan ərazilərə muxtariyyət hüququ verilməsin nəzərdə tutulur. “İrana beynəlxalq baxış budur, buna görə Azərbaycan nə qədər gec deyil, Güney Azərbaycan türklərinə sahib çıxmalıdır”, - deyə M.Çöhrəqanlı rəsmi Bakıya mesaj ünvanlayıb. Onun fikrincə, rəsmi Bakı Güney Azərbaycan türklərinə ya qardaş kimi, ya qonşu kimi, bunları bacarmırsa haqları tapdanan insanlar kimi sahib çıxmalıdır. İranda proseslər başladıqda Güney Azərbaycan türkləri haqlarını ala bilməsə buna görə rəsmi Bakının da məsuliyyət daşıyacağını söyləyib. “Elə etməyin ki, sabah Güney Azərbaycan türkləri İraq türkmənləri kimi kürd yaraqlıları qarşısında əliyalın qalsın”, - deyə M.Çöhrəqanlı xəbərdarlıq edib.
O, artıq Güney Azərbaycanın Urmiya vilayəti torpaqlarına kürdlərin iddialarının başladığını bəyan edib. Türkiyə parlamentində kürd əslli deputatın “biz kürd dövlətini quracağıq, paytaxtımız da Urmidir” bəyanatı verməsini xatırladıb.
contact.az

URL / WWW
http://atxem.az/news/a-15287.html