Axtarış: 
M.Çöhrəqanlı: "İran üç hissəyə bölünəcək"
+  -  Çap 
Yerləşdirilib: 27.04.12 | Baxılıb: 2843
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
"Yaxın bir il ərzində İranda rejimin ya beynəlxalq müdaxilə, ya inqilab yolu ilə dəyişəcəyi yəqindir", - deyə ABŞ-da yaşayan Güney Azərbaycan dissidenti Mahmudəli Çöhrəqanlı mətbuat konfransında İrandakı vəziyyətlə bağlı mövqeyini bildirib.

Dünya Azərbaycanlıları Konqresinin (DAK) XII qurultayının nəticələrinə dair Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirilən mətbuat konfransına İnternet vasitəsilə qatılan DAK Məşvərət Məclisinin sədri M.Çöhrəqanlı İrandakı durumu kritik adlandırıb.
İranın üç bölgəyə ayrılacağı deyilib. Belə ki, Pakistandakı Belucistan ərazisilə İrandakı Belucistan ərazilərinin vahid dövlət tərkibində birləşdiriləcəyi qeyd olunub. İraqətrafı İran ərazilərinin kürd dövləti ərazisi olması nəzərdə tutulur.
İran neftinin 75%-nin cəmləşdiyi ərəblər yaşayan ərazilərə muxtariyyət hüququ verilməsin nəzərdə tutulur. "İrana beynəlxalq baxış budur, buna görə Azərbaycan nə qədər gec deyil, Güney Azərbaycan türklərinə sahib çıxmalıdır", - deyə M.Çöhrəqanlı rəsmi Bakıya mesaj ünvanlayıb. Onun fikrincə, rəsmi Bakı Güney Azərbaycan türklərinə ya qardaş kimi, ya qonşu kimi, bunları bacarmırsa haqları tapdanan insanlar kimi sahib çıxmalıdır. İranda proseslər başladıqda Güney Azərbaycan türkləri haqlarını ala bilməsə buna görə rəsmi Bakının da məsuliyyət daşıyacağını söyləyib. "Elə etməyin ki, sabah Güney Azərbaycan türkləri İraq türkmənləri kimi kürd yaraqlıları qarşısında əliyalın qalsın", - deyə M.Çöhrəqanlı xəbərdarlıq edib.
O, artıq Güney Azərbaycanın Urmiya vilayəti torpaqlarına kürdlərin iddialarının başladığını bəyan edib. Türkiyə parlamentində kürd əslli deputatın "biz kürd dövlətini quracağıq, paytaxtımız da Urmidir" bəyanatı verməsini xatırladıb.
contact.az


VIDEO
Keçən əsrin ən ağır cinayətlərindən biri: Xocalı soyqırımı - 26.02.2026
 
 
Vaşinqtondan başlayıb Cənubi Qafqazda davam edən strateji tərərfdaşlıq - 12.02.2026
 
Cənab Prezidentin cəmiyyətə ötürdüyü mesaj - 12.01.2026
 
Prezident İlham Əliyevin müsahibəsində Türk dünyası ilə bağlı strateji xətt - 07.01.2026
 
Azәrbaycan әdәbiyyatının görkәmli nümayәndәlәrindәn olani Nəriman Hə­sənzadənin 95 yaşı tamam olmuşdur - 20.02.2026
 
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Fev.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
232425262728 

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: ìì
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo