Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» Şuşanın işğalı ilə bağlı dünya birliyinə müraciət
02.05.12 16:31
Milli Məclisin bugünkü iclasında Şuşanın işğalı ilə bağlı Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və dünya ölkələrinin parlamentlərinə müraciət qəbul edilib.
Lent.az xəbər verir ki, vitse-spiker Ziyafət Əsgərov Şuşanın işğalı ilə bağlı Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və dünya ölkələrinin parlamentlərinə müraciət hazırlandığını bildirib. Müraciəti vitse-spiker Bahar Muradova oxuyub. Müraciətdə qeyd edilir ki, Şuşa şəhərinin bünövrəsi 1756-cı ildə Pənahəli xan tərəfindən qoyulub. Çar Rusiyasının işğalına qədər Qarabağ xanlığının inzibati mərkəzi olub. İşğal nəticəsində Şuşa şəhəri etnik təmizləməyə məruz qalıb. Sənəddə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun yaradıldığı, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qəbul edildiyi xatırladılır: “Digər beynəlxalq təşkilatların da qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və torpaqlarımızın işğaldan azad edilməsi əksini tapıb. Lakin işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir çox halda eyni tutulması, lazımi qətiyyət göstərilməməsi torpaqların işğaldan azad edilməsinə mane olur. Dünyanın mütərəqqi qüvvələrini səylərini birləşdirməyə çağırırıq. Ermənistanın işğalçılıq siyasətindən əl çəkməyə sövq edilməsi üçün beynəlxalq birliyin mövqeyini ortaya qoyacağını gözləyirik”.
URL / WWW
http://atxem.az/news/a-15290.html