Axtarış: 
Şuşanın işğalı ilə bağlı dünya birliyinə müraciət
+  -  Çap 
Yerləşdirilib: 02.05.12 | Baxılıb: 2465
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Milli Məclisin bugünkü iclasında Şuşanın işğalı ilə bağlı Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və dünya ölkələrinin parlamentlərinə müraciət qəbul edilib.
Lent.az xəbər verir ki, vitse-spiker Ziyafət Əsgərov Şuşanın işğalı ilə bağlı Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və dünya ölkələrinin parlamentlərinə müraciət hazırlandığını bildirib. Müraciəti vitse-spiker Bahar Muradova oxuyub. Müraciətdə qeyd edilir ki, Şuşa şəhərinin bünövrəsi 1756-cı ildə Pənahəli xan tərəfindən qoyulub. Çar Rusiyasının işğalına qədər Qarabağ xanlığının inzibati mərkəzi olub. İşğal nəticəsində Şuşa şəhəri etnik təmizləməyə məruz qalıb. Sənəddə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun yaradıldığı, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qəbul edildiyi xatırladılır: "Digər beynəlxalq təşkilatların da qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və torpaqlarımızın işğaldan azad edilməsi əksini tapıb. Lakin işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir çox halda eyni tutulması, lazımi qətiyyət göstərilməməsi torpaqların işğaldan azad edilməsinə mane olur. Dünyanın mütərəqqi qüvvələrini səylərini birləşdirməyə çağırırıq. Ermənistanın işğalçılıq siyasətindən əl çəkməyə sövq edilməsi üçün beynəlxalq birliyin mövqeyini ortaya qoyacağını gözləyirik".


VIDEO
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində
 
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər - 09.12.2025
 
İraq Türkman Tayfaları və Görkəmliləri Məclisi - 09.12.2025
 
Iraqda silsilə tədbirlər keçirilmişdir  - 08.12.2025
 
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək - 24.11.2025
 
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur - 23.11.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Fev.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
232425262728 

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo