Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Türkiyə səfirinin xanımına Sara Xatun mükafatı verildi
22.05.12 14:37

Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıcın diplomatik missiyası başa çatıb. Öz missiyasını layiqincə yerinə yetirən səfir Hülusi Kılıcın xanımı Günay Kılıc da ölkəmizin ictimai həyatında, xüsusilə qadın təşkilatlarının fəaliyyətində yaxından iştirak edib.O, Azərbaycan-Türkiyə qadın təşkilatları arasında əlaqələrin, iş birliyinin və əməkdaşlığın inkişafına böyük töhfələr verib.
Günay Kılıc həmçinin Bakıda və Azərbaycanın müxtəlif bölgələrində xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olub. Elə bu səbəbdən də qadın təşkilatlarının arzularını nəzərə alaraq, Günay Kılıc “Lider Qadınlar” və “Universitet Təhsilli Qadınlar” İctimai birlikləri tərəfindən təsis olunmuş Sara Xatun mükafatına və xüsusi Diploma layiq görülüb.
Modern.az  xəbər verir ki, bu gün Azərbaycan Universitetinin kiçik konfrans zalında Günay Kılıca mükafatlar təqdim olunub. Tədbiri giriş sözü ilən açan deputat Məlahət İbrahimqızı Türkiyə-Azərbaycan dostluğundan danışıb. Xanım deputat bildirib ki, ən kiçik, böyük yasımızda və toyumuzda Günay Kılıc daim bizimlə olub. Daha sonra M.İbrahimqızı onu da vurğulayıb ki, Günay Kılıcın Azərbaycana növbəti səfəri sentyabr ayının 21-də olacaq. Belə ki, həmin tarixdə Sülh günü münasibətilə çəkilmiş klipin təqdimat mərasimi olacaq.
Çıxış edən səbəbkar Günay Kılıc isə ona verilən bu qiymətə görə, bütün xanımlara öz təşəkkürün bildirib.
“Buranın ləhcəsi mənə ana torpağım olan Qaziantepi xatırladır. Burada mənə xeyriyyəçiliklə məşğul olduğumu deyirlər. Amma bu mənim analıq borcumdur. Uşaqlara sevgi ilə xidmət etmək mənə zövq verir”.
Tədbirdə daha bir sıra qadın təşkilatları tərəfindən G.Kılıca gül və hədiyyələr verilib.
Sonda Türkiyə səfirinin xanımı “Eurovision” müsabiqəsində Azərbaycanı təmsil edən Səbinə Babayevaya uğurlar arzulayıb.
Millət vəkili M.İbrahimqızı tədbirin sonunda bildirib ki, Sara Xatun mükafatı gələcəkdə ildə bir dəfə olmaqla Azərbaycan-Türkiyə qadın təşkilatları, eləcə də türkdilli ölkələrin qadınları arasında əlaqələrin qurulmasında xüsusi xidmətləri olan şəxslərə veriləcək.

URL / WWW
http://atxem.az/news/a-15303.html