Axtarış: 
Türkiyə səfirinin xanımına Sara Xatun mükafatı verildi
+  -  Çap 
Yerləşdirilib: 22.05.12 | Baxılıb: 2894
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıcın diplomatik missiyası başa çatıb. Öz missiyasını layiqincə yerinə yetirən səfir Hülusi Kılıcın xanımı Günay Kılıc da ölkəmizin ictimai həyatında, xüsusilə qadın təşkilatlarının fəaliyyətində yaxından iştirak edib.O, Azərbaycan-Türkiyə qadın təşkilatları arasında əlaqələrin, iş birliyinin və əməkdaşlığın inkişafına böyük töhfələr verib.
Günay Kılıc həmçinin Bakıda və Azərbaycanın müxtəlif bölgələrində xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olub. Elə bu səbəbdən də qadın təşkilatlarının arzularını nəzərə alaraq, Günay Kılıc "Lider Qadınlar" və "Universitet Təhsilli Qadınlar" İctimai birlikləri tərəfindən təsis olunmuş Sara Xatun mükafatına və xüsusi Diploma layiq görülüb.
Modern.az  xəbər verir ki, bu gün Azərbaycan Universitetinin kiçik konfrans zalında Günay Kılıca mükafatlar təqdim olunub. Tədbiri giriş sözü ilən açan deputat Məlahət İbrahimqızı Türkiyə-Azərbaycan dostluğundan danışıb. Xanım deputat bildirib ki, ən kiçik, böyük yasımızda və toyumuzda Günay Kılıc daim bizimlə olub. Daha sonra M.İbrahimqızı onu da vurğulayıb ki, Günay Kılıcın Azərbaycana növbəti səfəri sentyabr ayının 21-də olacaq. Belə ki, həmin tarixdə Sülh günü münasibətilə çəkilmiş klipin təqdimat mərasimi olacaq.
Çıxış edən səbəbkar Günay Kılıc isə ona verilən bu qiymətə görə, bütün xanımlara öz təşəkkürün bildirib.
"Buranın ləhcəsi mənə ana torpağım olan Qaziantepi xatırladır. Burada mənə xeyriyyəçiliklə məşğul olduğumu deyirlər. Amma bu mənim analıq borcumdur. Uşaqlara sevgi ilə xidmət etmək mənə zövq verir".
Tədbirdə daha bir sıra qadın təşkilatları tərəfindən G.Kılıca gül və hədiyyələr verilib.
Sonda Türkiyə səfirinin xanımı "Eurovision" müsabiqəsində Azərbaycanı təmsil edən Səbinə Babayevaya uğurlar arzulayıb.
Millət vəkili M.İbrahimqızı tədbirin sonunda bildirib ki, Sara Xatun mükafatı gələcəkdə ildə bir dəfə olmaqla Azərbaycan-Türkiyə qadın təşkilatları, eləcə də türkdilli ölkələrin qadınları arasında əlaqələrin qurulmasında xüsusi xidmətləri olan şəxslərə veriləcək.


VIDEO
Saxta milli qəhrəmanların taleyi hər zaman acınacaqlı olur - 05.04.2026
 
Vətənimizin, Bakımızın divarlarının, hər bir daşının qədrini bilməliyik - 03.04.2026
 
Siyasi inteqrasiyadan iqtisadi inteqrasiyaya - 02.04.2026
 
AFTV- Milli Məclisdə ETİRAZ: Dövlətdən oğurluq edən həbsxanaya yox, vəzifəyə gedir -  Ilham İsmayılov ilə müzakirə
 
Murad Mirzəyev-Gənc nəsil üçün vətənpərvərlik nümunəsi - 02.04.2026
 
31 mart kimi soyqırımlarını yenidən yaşamamaq üçün milli ruh oyanıq, vətənpərvərlik hissi güclü olmalıdır - 31.03.2026
 
Azərbaycan Mədəniyyətinə böyük itki üz vermişdir 29.03.2026
 
Milli mentalitetimiz ailə dəyərlərinə hörməti özündə ehtiva edir - 18.03.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« May.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo