Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» Türk dünyasının böyük şairi Xəlil Rza Uluturkün 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
09.10.12 10:34
ATXƏM-in sədri İlham İsmayılov: “Dərsliklərdə Xəlil Rzanın yaradıcılığı, onun milli düşüncəyə söykənərək yazdığı şerləri geniş şəkildə təbliğ olunmalıdır”
Sentyabrın 9-da “Park İNN” otelində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, xalq şairi, filologiya elmləri doktoru, professor
Xəlil Rza Ulutürkün
anadan olmasının 80 illik yubileyinə həsr olunmuş "Milli müstəqilliyimizin mübariz şairi" mövzusunda dəyirmi masa keçirildi. Qeyd edək ki, dəyirmi masa Azərbaycan Prezidenti
İlham Əliyevin
Xəlil Rza Uluturkun 80 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərancama uyğun olaraq ölkə ərazisində keçirilməsi nəzərdə tutulan silsilə tədbirlər çərçivəsində reallaşmışdı. Tədbiri giriş sözü ilə açan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, fəlsəfə elmləri doktoru
Vilayət İsmayılov
Xəlil Rza Ulutürkün həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin sədri
Nizami Cəfərov
X.R.Ülutürkün yaşadığı dövr ərzində bütün istedadını millətə bəxş etdiyini vurğulayıb: “O, öz səhhətini, sağlamlığını qurban vermiş bir insandır. Onun bütün yaradıcılığı çap olunsa, böyük bir külliyyat olar. Ana dili uğrunda mübarizədən heç zaman usanmadı”. Dəyirmi masada AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru
Qurban Bayramov
“Xəlil Rza poeziyasında milli azadlıq hərəkatının bədii təcəssümü”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi
Əlizadə Əsgərli
“Xəlil Rza Ulutürk milli və bəşəri sənətkar kimi” mövzularında məruzələr ediblər. Tədbirdə araşdırmaçı-yazar
Azər Turan
hələ sovetlər dönəmində Xəlil Rzanın içərisində azadlıq istəyi ilə dolu olan və ona yazmış olduğu məktublardan bəzi parçaları oxudu. Xəlil Rzanın yaxın dostu, şair
Ramiz Duyğun
da öz çıxışında Xəlil Rza ilə bağlı xatirələrini bölüşdü. {img1}{img2}Tədbirdə çıxış edən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri
İlham İsmayılov
Xəlil Rza Uluturk yaradıcılığının bütün Türk dünyası üçün əhəmiyyətli olduğunu bildirib. İ.İsmayılov qeyd edib ki, Xəlil Rza istiqlal şairi olmaqla millətin təfəkküründə hələ sovetlər dönəmində belə müstəqillik toxumları səpə bilmişdir: “Bu gün dərsliklərdə Xəlil Rzanın yaradıcılığı, onun milli düşüncəyə söykənərək yazdığı şerləri geniş şəkildə təbliğ olunmalıdır. Xüsusilə, orta məktəb dərsliklərində Xəlil Rza yaradıcılığının daha geniş şəkildə təbliğ olunmasına ehtiyac var”. İlham İsmayılov əlavə olaraq vurğulayıb ki, sovetlər zamanından milli müstəqillik uğrunda mübarizə aparan Xəlil Rzanın mübarizə yoldaşları bu gün də Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayırlar və onlar bu gün milli maraqlarımızın qorunmasında öz mübarizələrini davam etdirirlər. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəxri filologiya doktoru, Xəlil Rzanın həyat yoldaşı
Firəngiz Ulutürkün
“Xatirələrdə yaşayan Xəlil Rza” mövzusunda çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. F.Ulutürk Xəlil Rzanın adına təşkil olunan tədbirdə əziyyəti keçən hər kəsə öz təşəkkürünü bidirib.
URL / WWW
http://atxem.az/news/a-15337.html