Axtarış: 
Türk dünyasının böyük şairi Xəlil Rza Uluturkün 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
+  -  Çap 
Yerləşdirilib: 09.10.12 | Baxılıb: 3174
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
ATXƏM-in sədri İlham İsmayılov: "Dərsliklərdə Xəlil Rzanın yaradıcılığı, onun milli düşüncəyə söykənərək yazdığı şerləri geniş şəkildə təbliğ olunmalıdır"

Sentyabrın 9-da "Park İNN" otelində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, xalq şairi, filologiya elmləri doktoru, professor Xəlil Rza Ulutürkün anadan olmasının 80 illik yubileyinə həsr olunmuş "Milli müstəqilliyimizin mübariz şairi" mövzusunda dəyirmi masa keçirildi. Qeyd edək ki, dəyirmi masa Azərbaycan Prezidenti İlham Əliyevin Xəlil Rza Uluturkun 80 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərancama uyğun olaraq ölkə ərazisində keçirilməsi nəzərdə tutulan silsilə tədbirlər çərçivəsində reallaşmışdı. Tədbiri giriş sözü ilə açan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, fəlsəfə elmləri doktoru Vilayət İsmayılov Xəlil Rza Ulutürkün həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərov X.R.Ülutürkün yaşadığı dövr ərzində bütün istedadını millətə bəxş etdiyini vurğulayıb: "O, öz səhhətini, sağlamlığını qurban vermiş bir insandır. Onun bütün yaradıcılığı çap olunsa, böyük bir külliyyat olar. Ana dili uğrunda mübarizədən heç zaman usanmadı". Dəyirmi masada AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Qurban Bayramov "Xəlil Rza poeziyasında milli azadlıq hərəkatının bədii təcəssümü", AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Əlizadə Əsgərli "Xəlil Rza Ulutürk milli və bəşəri sənətkar kimi" mövzularında məruzələr ediblər. Tədbirdə araşdırmaçı-yazar Azər Turan hələ sovetlər dönəmində Xəlil Rzanın içərisində azadlıq istəyi ilə dolu olan və ona yazmış olduğu məktublardan bəzi parçaları oxudu. Xəlil Rzanın yaxın dostu, şair Ramiz Duyğun da öz çıxışında Xəlil Rza ilə bağlı xatirələrini bölüşdü.
Tədbirdə çıxış edən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Xəlil Rza Uluturk yaradıcılığının bütün Türk dünyası üçün əhəmiyyətli olduğunu bildirib. İ.İsmayılov qeyd edib ki, Xəlil Rza istiqlal şairi olmaqla millətin təfəkküründə hələ sovetlər dönəmində belə müstəqillik toxumları səpə bilmişdir: "Bu gün dərsliklərdə Xəlil Rzanın yaradıcılığı, onun milli düşüncəyə söykənərək yazdığı şerləri geniş şəkildə təbliğ olunmalıdır. Xüsusilə, orta məktəb dərsliklərində Xəlil Rza yaradıcılığının daha geniş şəkildə təbliğ olunmasına ehtiyac var". İlham İsmayılov əlavə olaraq vurğulayıb ki, sovetlər zamanından milli müstəqillik uğrunda mübarizə aparan Xəlil Rzanın mübarizə yoldaşları bu gün də Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayırlar və onlar bu gün milli maraqlarımızın qorunmasında öz mübarizələrini davam etdirirlər. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəxri filologiya doktoru, Xəlil Rzanın həyat yoldaşı Firəngiz Ulutürkün "Xatirələrdə yaşayan Xəlil Rza" mövzusunda çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. F.Ulutürk Xəlil Rzanın adına təşkil olunan tədbirdə əziyyəti keçən hər kəsə öz təşəkkürünü bidirib.

VIDEO
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində
 
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər - 09.12.2025
 
İraq Türkman Tayfaları və Görkəmliləri Məclisi - 09.12.2025
 
Iraqda silsilə tədbirlər keçirilmişdir  - 08.12.2025
 
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək - 24.11.2025
 
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur - 23.11.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Yan.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Gecə: +3.. +5aydn yağmursuz
Səhər: +5.. +7aydn yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9aydn yağmursuz
Atm. təziyi: 761 μμ
Rütübət: 73 %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo