Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» Türk Dünyası jurnalistləri ATXƏM-i ziyarət etdi
12.11.12 18:38
Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Gəldik, gördük, yazdıq” adlı layihə çərçivəsində noyabrın 5-11-də 4 Türk dövlətdən və 8 türk muxtar respublikaları və toplumlarından gəlmiş 18 jurnalist, yazar və yeni nəsil siyasi icmalçıları
Nurqali Jusufbay
(Qazaxıstan),
Askar Umarov
(Qazaxıstan),
Altınbek İsmayılov
(Qırğızıstan),
Hikmət Ərən
(Türkiyə),
Ayşə Paslanmaz
(Türkiyə),
Ayşə Yeşim Özcan
(Türkiyə),
Enes ibrahim
(Makedoniya),
Murat Toylu
(Türkmənistan),
dr. Bahrom Hujanov
(Özbəkistan),
Baxtiyor Abdukərimov
(Özbəkistan),
dr. Şəmsəddin Kuzəçi
(Kərkük, İraq),
dr. Tudora Arnaut
(Qaqauz yeri, Moldova),
Rafiq Ahmedişin,
(Başqurdistan),
Gülnaz Hasanova
(Başqurdistan),
Rafet Murat Ulutürk
(Bolqarıstan),
Dinçar Cafer
(Rumıniya),
Seyran Süleyman
(Kırım, Ukrayna) Azərbaycanda səfərdə oludular.
{img1}{img2}Qeyd edək ki, adıkeçən dövlət və topluluqlardan olan gənc yazar, jurnalist və yeni nəsil siyasi icmalçısıları, ideyası və icra proqramı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən dəstəklənən və şərti olaraq 3 mərhələdən (hazırlıq, qonaqların Azərbaycana gəliş-dönüşü və məqalələr toplusunun nəşri) ibarət olan layihənin bu mərhələsində, Azərbaycanda Atatürk Mərkəzi, TİKA, TÜSİAB, ATXƏM EkoAVRASİYA, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu, , Beynəlxalq Avrasya Mətbuat Fondu ilə tərəfdaşlıq şəraitində Bakıya gəliblər. Səfərin əsas məqsədi Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı jurnalistlərin yerində və daha dolğun məlumat almalarını təmin etmək, eyni zamanda Qarabağ problemini bütün Türk dünyasının ortaq problemi olaraq dünya gündəminə daşımaqdan ibarət olmuşdur. Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi “Gəldik, gördük, yazdıq” adlı layihə çərçivəsində, Azərbaycanda Atatürk Mərkəzində “Qarabağ: Türk Dünyasının ortaq problemi” mövzulu uluslararası konfrans da düzənlənib. Eyni zamanda Türk dünyası jurnalistləri Azərbaycan həqiqətləri ilə yaxından tanış olmaq üçün respublikamızın bölgələrinə (Tovuz, Ağdam (Quzanlı), Tərtər, Quba) də səfər edərək, yerli ictimaiyyət nümayəndələri ilə də görüşlər keçirmişlər. {img3}{img4}Səfər çərçivəsində jurnalistlər noyabrın 7-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzini (ATXƏM) ziyarət edərək, təşkilatın fəaliyyəti ilə yaxından tanış olmuşlar. ATXƏM-in mərkəzi ofisində qonaqları salamlayan ATXƏM sədri İlham İsmayılov jurnalistlərə təşkilat haqqında və türk dünyasında həyata keçirilən layihələrlə bağlı geniş məlumat verdi. Daha sonra qonaqların şərəfinə ATXƏM-də ziyafət və ədəbi-musiqili proqram gerçəkləşdirildi. Tədbirdə Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev və Dünya Azərbaycanlıları Kongresinin sədri Cavad Direxti də iştirak etmişdir. Tədbirdə çıxış edən Qafar Əliyev qonaqları salamlayaraq, Azərbaycan respublikasının türk birliyi üçün gördüyü işlərdən danışmışdır. Tədbir ATXƏM-in “Turan” musiqi qrupunun rəngarəng proqramı ilə davam etdirilmişdir. {img5}
ATXƏM-in Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15344.html