Axtarış: 
Türk Dünyası jurnalistləri ATXƏM-i ziyarət etdi
+  -  Çap 
Yerləşdirilib: 12.11.12 | Baxılıb: 2994
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə "Gəldik, gördük, yazdıq" adlı layihə çərçivəsində noyabrın 5-11-də 4 Türk dövlətdən və 8 türk muxtar respublikaları və toplumlarından gəlmiş 18 jurnalist, yazar və yeni nəsil siyasi icmalçıları Nurqali Jusufbay (Qazaxıstan), Askar Umarov (Qazaxıstan), Altınbek İsmayılov (Qırğızıstan), Hikmət Ərən (Türkiyə), Ayşə Paslanmaz (Türkiyə), Ayşə Yeşim Özcan (Türkiyə), Enes ibrahim (Makedoniya), Murat Toylu (Türkmənistan), dr. Bahrom Hujanov (Özbəkistan), Baxtiyor Abdukərimov (Özbəkistan), dr. Şəmsəddin Kuzəçi (Kərkük, İraq), dr. Tudora Arnaut (Qaqauz yeri, Moldova), Rafiq Ahmedişin, (Başqurdistan), Gülnaz Hasanova (Başqurdistan), Rafet Murat Ulutürk (Bolqarıstan), Dinçar Cafer (Rumıniya), Seyran Süleyman (Kırım, Ukrayna) Azərbaycanda səfərdə oludular.

Qeyd edək ki, adıkeçən dövlət və topluluqlardan olan gənc yazar, jurnalist və yeni nəsil siyasi icmalçısıları, ideyası və icra proqramı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən dəstəklənən və şərti olaraq 3 mərhələdən (hazırlıq, qonaqların Azərbaycana gəliş-dönüşü və məqalələr toplusunun nəşri) ibarət olan layihənin bu mərhələsində, Azərbaycanda Atatürk Mərkəzi, TİKA, TÜSİAB, ATXƏM EkoAVRASİYA, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu, , Beynəlxalq Avrasya Mətbuat Fondu ilə tərəfdaşlıq şəraitində Bakıya gəliblər. Səfərin əsas məqsədi Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı jurnalistlərin yerində və daha dolğun məlumat almalarını təmin etmək, eyni zamanda Qarabağ problemini bütün Türk dünyasının ortaq problemi olaraq dünya gündəminə daşımaqdan ibarət olmuşdur. Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi "Gəldik, gördük, yazdıq" adlı layihə çərçivəsində, Azərbaycanda Atatürk Mərkəzində "Qarabağ: Türk Dünyasının ortaq problemi" mövzulu uluslararası konfrans da düzənlənib. Eyni zamanda Türk dünyası jurnalistləri Azərbaycan həqiqətləri ilə yaxından tanış olmaq üçün respublikamızın bölgələrinə (Tovuz, Ağdam (Quzanlı), Tərtər, Quba) də səfər edərək, yerli ictimaiyyət nümayəndələri ilə də görüşlər keçirmişlər.
Səfər çərçivəsində jurnalistlər noyabrın 7-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzini (ATXƏM) ziyarət edərək, təşkilatın fəaliyyəti ilə yaxından tanış olmuşlar. ATXƏM-in mərkəzi ofisində qonaqları salamlayan ATXƏM sədri İlham İsmayılov jurnalistlərə təşkilat haqqında və türk dünyasında həyata keçirilən layihələrlə bağlı geniş məlumat verdi. Daha sonra qonaqların şərəfinə ATXƏM-də ziyafət və ədəbi-musiqili proqram gerçəkləşdirildi. Tədbirdə Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev və Dünya Azərbaycanlıları Kongresinin sədri Cavad Direxti də iştirak etmişdir. Tədbirdə çıxış edən Qafar Əliyev qonaqları salamlayaraq, Azərbaycan respublikasının türk birliyi üçün gördüyü işlərdən danışmışdır. Tədbir ATXƏM-in "Turan" musiqi qrupunun rəngarəng proqramı ilə davam etdirilmişdir.


ATXƏM-in Mətbuat xidməti

VIDEO
Prezidentin Qazaxıstana dövlət səfəri türk xalqları arasında həmrəyliyin gücləndirilməsinə xidmət edir - 22.10.2025
 
QHT-lərin əməkdaşlıq forumları təkcə təşkilatlar üçün deyil, ümumilikdə cəmiyyət üçün faydalıdır - 20.10.2025
 
Ramiz Mehdiyevin kadrları dövlət və hökumət qurumlarında, parlamentdə təmsil olunur və onların hamısı ifşa edilməlidir - 15.10.2025
 
“Türk Şengeni” yaradılır - 14.10.2025
 
İlham Əliyevin Sülh sammitinə dəvət edilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir - 13.10.2025
 
Azərbaycan Türk dünyasında artan siyasi nüfuzunu, təşəbbüskar rolunu nümayiş etdirdi - 08.10.2025
 
Şəhidlərin xatirəsi yad edilmişdir - 27.09.2025
 
Uca Türk xalqı Atatürkün miras qoyduğu Türkiyə Cümhuriyyətini bir dəyər kimi qoruyur, ona sahib çıxır - 29.10.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Dek.2025»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Gecə: +10.. +12dumanlı yağmurlar
Səhər: +12.. +14dumanlı yağmursuz
Gündüz: +13.. +15dumanlı yağmursuz
Axşam: +12.. +14dumanlı yağmursuz
Atm. təziyi: 762 ́́
Rütübət: 83 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo