Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» Van-İrəvan reysinin açılması - AÇIQLAMA
17.03.13 20:36
İlham İsmayılov: “Azərbaycan və Türkiyə arasında bağlanmış Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının fəaliyyətinə kölgə salır”
“Van-İrəvan arasında təyyarə reysinin açılması Azərbaycan və Türkiyə arasında bağlanmış Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının fəaliyyətinə kölgə salır”. Bu fikirləri “OLAYLAR”-a açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov səsləndirib. İctimai Birlik sədri deyib ki, Türkiyə rəsmilərinin bu aviareysin açılmasını necə izah etməsindən asılı olmayaraq, bu dolayı yolla da olsa Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana verilmiş dəstək kimi qiymətləndirilməlidir: “Biz belə bir halı əsla qəbul edə bilmərik və Türkiyə rəsmilərinin atmış olduğu bu addımı qınayırıq. Eyni8 zamanda bunu bütün Türk millətinin mənafeyinə zidd addım kimi dəyərləndiririk”. ATXƏM sədrinin sözlərinə görə, Türkiyə tərəfinin iddia etdiyinin əksinə olaraq, bu aviareysin açılması iqtisadi maraqlardan daha çox, Ermənistanın siyasi maraqlarına xidmət etmiş olur: “Türkiyə Azərbaycan torpaqlarının işğal faktını və Ermənistanın Türkiyəyə qarşı torpaq iddialarını nəzərə alaraq 20 ildir ki, öz sərhədlərini Ermənistan tərəfi üçün tam olaraq bağlayıb. Lakin ötən bu vaxt ərzində Ermənistan ordusu nə işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən geri çəkilb, nə də Ermənistan rəsmiləri və ictimayyəti tərəfindən Türkiyəyə qarşı torpaq iddialarını bir kənara qoymayıb.. Bu halda isə Türkiyənin Ermənistanla belə bir əlaqənin qurulmasında maraqlı olması başadüşülən deyil”.
“Olaylar” qəzeti 19.03.2013
URL / WWW
http://atxem.az/news/a-15354.html