Axtarış: 
Van-İrəvan reysinin açılması - AÇIQLAMA
+  -  Çap 
Yerləşdirilib: 17.03.13 | Baxılıb: 2740
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


İlham İsmayılov: "Azərbaycan və Türkiyə arasında bağlanmış Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının fəaliyyətinə kölgə salır"

"Van-İrəvan arasında təyyarə reysinin açılması Azərbaycan və Türkiyə arasında bağlanmış Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının fəaliyyətinə kölgə salır". Bu fikirləri "OLAYLAR"-a açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov səsləndirib. İctimai Birlik sədri deyib ki, Türkiyə rəsmilərinin bu aviareysin açılmasını necə izah etməsindən asılı olmayaraq, bu dolayı yolla da olsa Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana verilmiş dəstək kimi qiymətləndirilməlidir: "Biz belə bir halı əsla qəbul edə bilmərik və Türkiyə rəsmilərinin atmış olduğu bu addımı qınayırıq. Eyni8 zamanda bunu bütün Türk millətinin mənafeyinə zidd addım kimi dəyərləndiririk". ATXƏM sədrinin sözlərinə görə, Türkiyə tərəfinin iddia etdiyinin əksinə olaraq, bu aviareysin açılması iqtisadi maraqlardan daha çox, Ermənistanın siyasi maraqlarına xidmət etmiş olur: "Türkiyə Azərbaycan torpaqlarının işğal faktını və Ermənistanın Türkiyəyə qarşı torpaq iddialarını nəzərə alaraq 20 ildir ki, öz sərhədlərini Ermənistan tərəfi üçün tam olaraq bağlayıb. Lakin ötən bu vaxt ərzində Ermənistan ordusu nə işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən geri çəkilb, nə də Ermənistan rəsmiləri və ictimayyəti tərəfindən Türkiyəyə qarşı torpaq iddialarını bir kənara qoymayıb.. Bu halda isə Türkiyənin Ermənistanla belə bir əlaqənin qurulmasında maraqlı olması başadüşülən deyil".

"Olaylar" qəzeti 19.03.2013

VIDEO
<br><br><b>LAFTV- Milli Məclisdə ETİRAZ: Dövlətdən oğurluq edən həbsxanaya yox, vəzifəyə gedir -  Ilham İsmayılov ilə müzakirə</b>
 
Saxta milli qəhrəmanların taleyi hər zaman acınacaqlı olur - 05.04.2026
 
Vətənimizin, Bakımızın divarlarının, hər bir daşının qədrini bilməliyik - 03.04.2026
 
Siyasi inteqrasiyadan iqtisadi inteqrasiyaya - 02.04.2026
 
Murad Mirzəyev-Gənc nəsil üçün vətənpərvərlik nümunəsi - 02.04.2026
 
31 mart kimi soyqırımlarını yenidən yaşamamaq üçün milli ruh oyanıq, vətənpərvərlik hissi güclü olmalıdır - 31.03.2026
 
Azərbaycan Mədəniyyətinə böyük itki üz vermişdir 29.03.2026
 
Milli mentalitetimiz ailə dəyərlərinə hörməti özündə ehtiva edir - 18.03.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Apr.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo