Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Türk dünyası xəbərləri
» İstanbul Türkiyə-Azərbaycan Dərnəyindən Azərbaycana anlamlı səfər
17.06.13 04:23
ATXƏM sədri İlham İsmayılova Türk dünyasına xidmətlərinə görə ONUR PLAKETİ təqdim olundu.
Iyunun 14-18-də İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin geniş tərkibli nümayəndə heyəti 15 İyun Qurtuluş Günü ərəfəsində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) dəvəti və təşkilatçılığı ilə Azərbaycana səfər etmişlər. 15 nəfərdən ibarət nümayəndə heyətinin tərkibində təşkilat rəhbərləri, ziyalılar və kütləvi informasiya vasitələri təmsilçiləri
(Səfər Qaraqoyunlu, Abbas Murat Danışmanlı, Servet Yenigün, Bedir Taşan, Ahmet Demirbaş, Tamer Danışmanlı, Abbas Gokce, İhsan Özköseli, Necati Gazci, Bahettin Miral, Fahrettin Okçuoğlu, Celal Karaali, Özdemir Polat, Cemal Uygur)
iştirak etmişlər. {img13}{img6}Türkiyə nümayəndə heyətinin Azərbaycana belə geniş tərkibdə səfər etməsində əsas məqsəd qonaqların Azərbaycanın müasir inkişafı, mədəniyyəti, turizm potensialı eləcə də, erməni daşnakları tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarla tanış olaraq və bu faktların dünyaya çatdırılması olmuşdur. Qeyd edək ki, səfər çərçivəsində Türkiyədən gələn nümayəndə heyəti 14 iyun tarixində ölkəmizə Gəncə şəhərindən daxil olaraq böyük Azərbaycan şairi Nizami Gəncəvinin və Cavad xanın məqbərələrini ziyarət etmiş, qədim Gəncəmizin tarixi yerləri, eləcə də Gəncədə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərilə yaxından tanış olmuşlar. İyunun 15-də isə nümayəndə heyəti Ağdaş, Salyan rayonu ilə tanışlıqdan sonra Quba rayonu ərazisindəki kütləvi məzarlığı da ziyarət etmişlər. Quba rayon İcra Hakimiyyəti tərəfindən xüsusi olaraq qarşılanan nümayəndə heyətinə rayonun tarixi, bu günü, eləcə də rayon ərazisində 1918-ci ildə ermənilər tərəfindən törədilmiş soyqırımlar haqqında geniş məlumat verilmişdir. {img3}{img4}Sonra qonaqlar Qubadakı toplu məzarlığa gələrək, ermənilərin insanlığa sığmayan vəhşiliklərini öz gözlərilə görmüşlər. Toplu məzarlıqda heyrətlərini gizlədə bilməyən nümayəndə heyəti bu faktların dünya ictimayyətinə çatdırılmasını vacib sayaraq, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səylə çalışacaqlarını bildirmişlər. Daha sonra Türkiyə nümayəndə heyəti, iyunun 17-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunmuşdur. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüş, türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər. Təşkil olunan “dəyirmi masa”da ATXƏM-in sədri
İlham İsmayılov
səfərin əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, İstanbul Türkiyə-Azərbaycan dərnəyinin nümayəndə heyəti Gəncə, Salyan və Qubaya səfər etmişlər. Regionlarla tanışlıqla yanaşı qonaqlara ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı haqqında ətraflı məlumat verilmişdir. {img5}{img1}İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri
Səfər Qaraqoyunlu
ermənilərin türklərə qarşı beş dəfə soyqırımı törətdiklərini xatırlatmış, bu vəhşiliklərin dünya ictimaiyyəti tərəfindən layiqli qiymətini hələ də almamasının təəssüf doğurduğunu demişdir. S.Qaraqoyunlu bildirmişdir ki, rəhbərlik etdiyi qurum hər il Türk dünyasına xidmət edən bir nəfərə təşkilatın ONUR PLAKETİni təqdim edir. Bu ilki Onur Plaketi təşkilatın yönəticiləri tərəfindən qəbul olunmuş yekdil qərara əsasən ATXƏM-in sədri İlham İsmayılova təqdim olundu. Tədbirin sonunda ATXƏM adından qardaş xalqlar arasında sivil-mədəni əlaqələri uğurla təmsil etdikləri üçün İstanbul Türkiyə-Azərbaycan dərnəyinin üzvlərinə diplomlar təqdim olunmuşdur.
{img7}
{img8}
{img9}
{img10}
{img11}
{img12}
{img2}
{img14}
{img15}
ATXƏM-in Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15360.html