Axtarış: 
İstanbul Türkiyə-Azərbaycan Dərnəyindən Azərbaycana anlamlı səfər
+  -  Çap 
Yerləşdirilib: 17.06.13 | Baxılıb: 3763
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


ATXƏM sədri İlham İsmayılova Türk dünyasına xidmətlərinə görə ONUR PLAKETİ təqdim olundu.

Iyunun 14-18-də İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin geniş tərkibli nümayəndə heyəti 15 İyun Qurtuluş Günü ərəfəsində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) dəvəti və təşkilatçılığı ilə Azərbaycana səfər etmişlər. 15 nəfərdən ibarət nümayəndə heyətinin tərkibində təşkilat rəhbərləri, ziyalılar və kütləvi informasiya vasitələri təmsilçiləri (Səfər Qaraqoyunlu, Abbas Murat Danışmanlı, Servet Yenigün, Bedir Taşan, Ahmet Demirbaş, Tamer Danışmanlı, Abbas Gokce, İhsan Özköseli, Necati Gazci, Bahettin Miral, Fahrettin Okçuoğlu, Celal Karaali, Özdemir Polat, Cemal Uygur) iştirak etmişlər.
Türkiyə nümayəndə heyətinin Azərbaycana belə geniş tərkibdə səfər etməsində əsas məqsəd qonaqların Azərbaycanın müasir inkişafı, mədəniyyəti, turizm potensialı eləcə də, erməni daşnakları tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarla tanış olaraq və bu faktların dünyaya çatdırılması olmuşdur. Qeyd edək ki, səfər çərçivəsində Türkiyədən gələn nümayəndə heyəti 14 iyun tarixində ölkəmizə Gəncə şəhərindən daxil olaraq böyük Azərbaycan şairi Nizami Gəncəvinin və Cavad xanın məqbərələrini ziyarət etmiş, qədim Gəncəmizin tarixi yerləri, eləcə də Gəncədə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərilə yaxından tanış olmuşlar. İyunun 15-də isə nümayəndə heyəti Ağdaş, Salyan rayonu ilə tanışlıqdan sonra Quba rayonu ərazisindəki kütləvi məzarlığı da ziyarət etmişlər. Quba rayon İcra Hakimiyyəti tərəfindən xüsusi olaraq qarşılanan nümayəndə heyətinə rayonun tarixi, bu günü, eləcə də rayon ərazisində 1918-ci ildə ermənilər tərəfindən törədilmiş soyqırımlar haqqında geniş məlumat verilmişdir.
Sonra qonaqlar Qubadakı toplu məzarlığa gələrək, ermənilərin insanlığa sığmayan vəhşiliklərini öz gözlərilə görmüşlər. Toplu məzarlıqda heyrətlərini gizlədə bilməyən nümayəndə heyəti bu faktların dünya ictimayyətinə çatdırılmasını vacib sayaraq, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səylə çalışacaqlarını bildirmişlər. Daha sonra Türkiyə nümayəndə heyəti, iyunun 17-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunmuşdur. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüş, türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər. Təşkil olunan "dəyirmi masa"da ATXƏM-in sədri İlham İsmayılov səfərin əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, İstanbul Türkiyə-Azərbaycan dərnəyinin nümayəndə heyəti Gəncə, Salyan və Qubaya səfər etmişlər. Regionlarla tanışlıqla yanaşı qonaqlara ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı haqqında ətraflı məlumat verilmişdir.
İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu ermənilərin türklərə qarşı beş dəfə soyqırımı törətdiklərini xatırlatmış, bu vəhşiliklərin dünya ictimaiyyəti tərəfindən layiqli qiymətini hələ də almamasının təəssüf doğurduğunu demişdir. S.Qaraqoyunlu bildirmişdir ki, rəhbərlik etdiyi qurum hər il Türk dünyasına xidmət edən bir nəfərə təşkilatın ONUR PLAKETİni təqdim edir. Bu ilki Onur Plaketi təşkilatın yönəticiləri tərəfindən qəbul olunmuş yekdil qərara əsasən ATXƏM-in sədri İlham İsmayılova təqdim olundu. Tədbirin sonunda ATXƏM adından qardaş xalqlar arasında sivil-mədəni əlaqələri uğurla təmsil etdikləri üçün İstanbul Türkiyə-Azərbaycan dərnəyinin üzvlərinə diplomlar təqdim olunmuşdur.











ATXƏM-in Mətbuat xidməti

VIDEO
BƏƏ Prezidentinin Şuşaya səfəri həm simvolik, həm də strateji baxımdan böyük beynəlxalq və regional əhəmiyyət daşıyır - 17.09.2025 il
 
Xankəndidəki terror cəhdinin arxasında xarici təsirlərin olması ehtimalı yüksəkdir - 16.09.2025 il
 
“Ümid edirəm ki, bəzi QHT-lər Ədliyyə Nazirliyi və QHT Agentliyinin bəyanatından nəticə çıxaracaq”-ATXƏM sədri - 13.09.2025 il
 
Qafqaz İslam Ordusunun Bakıya gəlişi və xilaskar missiyası Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan hadisələrdən biridir - 15.09.2025 il
 
İctimai İştirak və İctimai Nəzarət: Vətəndaş Nəzarəti”-Ə.Abbasbəyli və İ.İsmayılov ilə QIRMIZI MASA - 16 iyul 2025 il
 
1948-1953-cü illərdə Qərbi Azərbaycandan deportasiya zamanı mülkiyyət hüququnun pozuntusu - 07 iyul 2025 il
 
AR QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Qərbi Azərbaycana qayıdış” mövzusunda 2023 və 2024-cü illərdə həyata keçirilən layihələrlə bağlı brifinq keçirib - 11 iyun 2025
 
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Okt.2025
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Gündüz: +20.. +22aydn yağmursuz
Axşam: +15.. +17aydn yağmursuz
Gecə: +14.. +16aydn yağmursuz
Səhər: +18.. +20buludlu yağmursuz
Atm. təziyi: 763 ìì
Rütübət: 79 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo