Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » ATXƏM Türk dünyası gənc yazarlarını ağırladı
07.07.13 20:06

İyulun 1-dən 4-dək Bakıda türk dünyası gənc yazıçı və şairlərinin Bakı toplantısı keçirilib.
Bu məqsədlə Bakıda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İraq, Saxa, Çuvaşıstan, Krım, həmçinin, Almaniya, Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərindən, Başqırdıstan Respublikasından, Moldovanın Qaqauz Yeri məkanından gənc yazıçı və şairlər ölkəmizdə səfərdə olublar. Toplantı çərçivəsində yazarlar bir sıra dövlət qurumları və ictimai təşkilatlarla da görüşlər keçirərək, Türk dünyasının ortaq dəyərləri və ədəbi yöndə gələcək strateji məsələlərini müzakirə ediblər.
{img1}{img2}{img6}
Qeyd edək ki, Dünya Gənc Türk Yazarlar Birliyinin "Türk dünyası gənc yazarlarının Bakı toplantısı” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilib. Səfər çərçivəsində Türk dünyasından gələn qonaqlar 03 iyul tarixində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzini də (ATXƏM) ziyarət etmiş, ATXƏM-in təşkilatçılığı ilə “Türk dünyasının inteqrasiyasında və əlaqələrin inkişaf etdirilməsində gənc yazarların rolu” mövzusunda dəyirmi masada iştirak etmişlər. Dəyirmi Masada ATXƏM-in sədri İlham İsmayılov qonaqları salamlayaraq, Türk dünyasının inteqrasiyasında yazarların, xüsusən gənc qələm adamlarının üzərinə böyük məsuliyyətin düşdüyünü bildirib. O qeyd edib ki, ortaq tariximizin, mədəniyyətimizin öyrənilməsi və geniş Türk coğrafiyasına çatdırılmasında söz və sənət adamları çox etkili olduğundan Türk dünyası arasında ədəbi əlaqələrin qurulması və inkişaf etdirilməsi olduqca vacibdir. Tədbirdə müxtəlif Türk dünyası coğrafiyasından gələn gənc yazarlar öz xalqlarının tarixi və çağdaş durumu ilə bağlı fikirlərini səsləndirərək, Türk birliyinin gələcəyi ilə bağlı fikir mübadiləsi də aparıblar.
{img3}{img4}{img5}
Çıxış edən Dünya Gənc Türk yazarlar Birliyinin sədri Əkbər Qoşalı, yazarlardan Seyran Süleyman, Marina Karyagina, Murat Aydınlı, Alla Böyük və b. Türk dünyası ilə əlaqələrin qurulmasında yazarların koordinasiyalı şəkildə çalışmalarının vacib olduğunu bildirdilər. Xalq şairi Zəlimxan Yaqub gənc yazarları salamlayaraq, gənc yazarlara öz məsləhətlərini verdi, türk birliyinin inteqrasiyasında daha fəal olmağı səslədi. Tədbirdə ATXƏM-in sədri İlham İsmayılov Türk Dünyasına xidmətlərinə görə mükafatlandırıldı.
URL / WWW
http://atxem.az/news/a-15362.html