Axtarış: 
ATXƏM Türk dünyası gənc yazarlarını ağırladı
+  -  Çap 
Yerləşdirilib: 07.07.13 | Baxılıb: 3159
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
İyulun 1-dən 4-dək Bakıda türk dünyası gənc yazıçı və şairlərinin Bakı toplantısı keçirilib.
Bu məqsədlə Bakıda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İraq, Saxa, Çuvaşıstan, Krım, həmçinin, Almaniya, Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərindən, Başqırdıstan Respublikasından, Moldovanın Qaqauz Yeri məkanından gənc yazıçı və şairlər ölkəmizdə səfərdə olublar. Toplantı çərçivəsində yazarlar bir sıra dövlət qurumları və ictimai təşkilatlarla da görüşlər keçirərək, Türk dünyasının ortaq dəyərləri və ədəbi yöndə gələcək strateji məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Dünya Gənc Türk Yazarlar Birliyinin "Türk dünyası gənc yazarlarının Bakı toplantısı" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilib. Səfər çərçivəsində Türk dünyasından gələn qonaqlar 03 iyul tarixində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzini də (ATXƏM) ziyarət etmiş, ATXƏM-in təşkilatçılığı ilə "Türk dünyasının inteqrasiyasında və əlaqələrin inkişaf etdirilməsində gənc yazarların rolu" mövzusunda dəyirmi masada iştirak etmişlər. Dəyirmi Masada ATXƏM-in sədri İlham İsmayılov qonaqları salamlayaraq, Türk dünyasının inteqrasiyasında yazarların, xüsusən gənc qələm adamlarının üzərinə böyük məsuliyyətin düşdüyünü bildirib. O qeyd edib ki, ortaq tariximizin, mədəniyyətimizin öyrənilməsi və geniş Türk coğrafiyasına çatdırılmasında söz və sənət adamları çox etkili olduğundan Türk dünyası arasında ədəbi əlaqələrin qurulması və inkişaf etdirilməsi olduqca vacibdir. Tədbirdə müxtəlif Türk dünyası coğrafiyasından gələn gənc yazarlar öz xalqlarının tarixi və çağdaş durumu ilə bağlı fikirlərini səsləndirərək, Türk birliyinin gələcəyi ilə bağlı fikir mübadiləsi də aparıblar.
Çıxış edən Dünya Gənc Türk yazarlar Birliyinin sədri Əkbər Qoşalı, yazarlardan Seyran Süleyman, Marina Karyagina, Murat Aydınlı, Alla Böyük və b. Türk dünyası ilə əlaqələrin qurulmasında yazarların koordinasiyalı şəkildə çalışmalarının vacib olduğunu bildirdilər. Xalq şairi Zəlimxan Yaqub gənc yazarları salamlayaraq, gənc yazarlara öz məsləhətlərini verdi, türk birliyinin inteqrasiyasında daha fəal olmağı səslədi. Tədbirdə ATXƏM-in sədri İlham İsmayılov Türk Dünyasına xidmətlərinə görə mükafatlandırıldı.

VIDEO
İtkinlərin taleyi təkcə fərdlərin problemi deyil, bu bir humanitar problemdir - 31.08.2026
 
Nəqliyyat qovşağına çevrilən Naxçıvan-Türk dünyasının inteqrasiyasında mühüm faktor kimi - 13.08.2026
 
Uşaqların zərərli informasiyalardan qorunması istiqamətində atılan mühüm addım - 06.08.2026
 
Prezident İlham Əliyevin Qırğızıstan səfəri Türk dünyasının inteqrasiyasının sürətlənməsində mühüm addım kimi - 01.08.2026
 
Türk dünyasının sevilən şairi Nəriman Həsənzadənin xatirəsi daim qəlbimizdə yaşayacaq - 02.08.2026
 
Qafqaz İslam Ordusunun Azərbaycanı erməni-bolşevik quldur dəstələrindən azad etməsinin ildönümü münasibətilə İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi Azərbaycana səfər etmişdir - 23.08.2026
 
 
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo