Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» “Nuru Paşanın adının əbədiləşdirilməsi mənəvi borcumuzdur” - AÇIQLAMA EKSKLÜZİV
14.08.13 17:24
İlham İsmayılov: “Bu gün bəzi səlahiyyətli qurumlarda olan ayrı-ayrı məmurlar, bu məsələyə bir az qısqanclıqla yanaşırlar”
“Azərbaycan xalqı olaraq, bizi erməni-bolşevik birləşməsinin soyqırımlarından xilas etmiş və 1918-ci ildə Şərqdə ilk qurulan Azərbaycan Cumhuriyyətinin bərqərar olmasında xüsusi rolu olmuş Nuru Paşanın adının əbədiləşdirilməsi bir xalq olaraq bizim mənəvi borcumuzdur. İnanırıq ki, yaxın illərdə bu istək layiqli bir şəkildə gerçəkləşəcəkdir”. Belə bir açıqlama ilə çıxış edən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov “OLAYLAR”-a deyib ki, bununla bağlı cənab prezident İlham Əliyevə də müraciət ünvanlanıb: “2010-cu ildə biz ölkə ziyalılarının da iştirakı ilə cənab prezidentə məktubla müraciət edərək, Bakını erməni-bolşevik birləşmələrindən azad etmiş Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya abidə qoyulması və adına mərkəzi küçələrdən birinin verilməsi ilə bağlı müraciət etmişdik. Bu yalnız bizim təşkilatın deyil, hesab edirəm ki, ictimayyət nümayəndələrinin böyük əksəriyyətinin arzusudur. İnanırıq ki, dövlət başçısı tezliklə bu istiqamətdə müvafiq addımların atılması barədə lazımı göstərişlərini verəcək”. İlham İsmayılov bəzi dairələr tərəfindən bu kimi təşəbbüslərə olan qısqanc münasibətdən də danışıb: “Ola bilsin ki, bu gün bəzi səlahiyyətli qurumlarda olan ayrı-ayrı məmurlar, bu məsələyə bir az qısqanclıqla yanaşırlar və ya həmin dövrlərdə gedən proseslərlə bağlı dolğun məlumat ala bilməyiblər. Bu səbəbdən həmin prosesin sürətlənməsinə “barmaqarası” yanaşırlar. Baxmayaraq ki, bu məsələ bir çox təşkilatlar tərəfindən də müxtəlif vaxtlarda gündəmə gətirilib”. ATXƏM sədri deyib ki, bu məsələdə hətta bir çox ictimai təşkilatların, bəzi mətbuat orqanlarının da qısqanlıq və ya laqeyd münasibəti özünü göstərir.
URL / WWW
http://atxem.az/news/a-15367.html