Axtarış: 
"Nuru Paşanın adının əbədiləşdirilməsi mənəvi borcumuzdur" - AÇIQLAMA EKSKLÜZİV
+  -  Çap 
Yerləşdirilib: 14.08.13 | Baxılıb: 2738
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter

İlham İsmayılov: "Bu gün bəzi səlahiyyətli qurumlarda olan ayrı-ayrı məmurlar, bu məsələyə bir az qısqanclıqla yanaşırlar"

"Azərbaycan xalqı olaraq, bizi erməni-bolşevik birləşməsinin soyqırımlarından xilas etmiş və 1918-ci ildə Şərqdə ilk qurulan Azərbaycan Cumhuriyyətinin bərqərar olmasında xüsusi rolu olmuş Nuru Paşanın adının əbədiləşdirilməsi bir xalq olaraq bizim mənəvi borcumuzdur. İnanırıq ki, yaxın illərdə bu istək layiqli bir şəkildə gerçəkləşəcəkdir". Belə bir açıqlama ilə çıxış edən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov "OLAYLAR"-a deyib ki, bununla bağlı cənab prezident İlham Əliyevə də müraciət ünvanlanıb: "2010-cu ildə biz ölkə ziyalılarının da iştirakı ilə cənab prezidentə məktubla müraciət edərək, Bakını erməni-bolşevik birləşmələrindən azad etmiş Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya abidə qoyulması və adına mərkəzi küçələrdən birinin verilməsi ilə bağlı müraciət etmişdik. Bu yalnız bizim təşkilatın deyil, hesab edirəm ki, ictimayyət nümayəndələrinin böyük əksəriyyətinin arzusudur. İnanırıq ki, dövlət başçısı tezliklə bu istiqamətdə müvafiq addımların atılması barədə lazımı göstərişlərini verəcək". İlham İsmayılov bəzi dairələr tərəfindən bu kimi təşəbbüslərə olan qısqanc münasibətdən də danışıb: "Ola bilsin ki, bu gün bəzi səlahiyyətli qurumlarda olan ayrı-ayrı məmurlar, bu məsələyə bir az qısqanclıqla yanaşırlar və ya həmin dövrlərdə gedən proseslərlə bağlı dolğun məlumat ala bilməyiblər. Bu səbəbdən həmin prosesin sürətlənməsinə "barmaqarası" yanaşırlar. Baxmayaraq ki, bu məsələ bir çox təşkilatlar tərəfindən də müxtəlif vaxtlarda gündəmə gətirilib". ATXƏM sədri deyib ki, bu məsələdə hətta bir çox ictimai təşkilatların, bəzi mətbuat orqanlarının da qısqanlıq və ya laqeyd münasibəti özünü göstərir.

VIDEO
İtkinlərin taleyi təkcə fərdlərin problemi deyil, bu bir humanitar problemdir - 31.08.2026
 
Nəqliyyat qovşağına çevrilən Naxçıvan-Türk dünyasının inteqrasiyasında mühüm faktor kimi - 13.08.2026
 
Uşaqların zərərli informasiyalardan qorunması istiqamətində atılan mühüm addım - 06.08.2026
 
Prezident İlham Əliyevin Qırğızıstan səfəri Türk dünyasının inteqrasiyasının sürətlənməsində mühüm addım kimi - 01.08.2026
 
Türk dünyasının sevilən şairi Nəriman Həsənzadənin xatirəsi daim qəlbimizdə yaşayacaq - 02.08.2026
 
Qafqaz İslam Ordusunun Azərbaycanı erməni-bolşevik quldur dəstələrindən azad etməsinin ildönümü münasibətilə İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi Azərbaycana səfər etmişdir - 23.08.2026
 
 
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo