Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » “Prezident İlham Əliyev öz çıxışı ilə hətta müxalif mətbuatın da aqressiyasını yumşaltdı”
29.11.13 14:27



“Cənab Prezident İlham Əliyevi jurnalistlər yenidən öz dostları olaraq görmələri üçün yetərincə səbəblər var”.
Bu fikirləri “OLAYLAR”-a Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü İlham İsmayılov bu günlərdə dövlət başçısının jurnalistlərlə keçirdiyi görüşə münasibət bildirərkən səsləndirib: “Azərbaycan Prezidenti İlham Əliyev artıq ikinci dəfə idi ki, “Jurnalistlərin dostu” mükafatını alırdı. Azərbaycanda aparıcı mətbuat nümayəndələrinin qatıldığı mükafatın təqdimetmə mərasiminə mən də Mətbuat Şurası İdarə Heyətinin üzvü və respondentlərdən biri kimi qatılmışdım. Hesab edirəm ki, “Jurnalistlərin dostu” mükafatının yenidən cənab prezidentə verilməsi üçün bir sıra səbəblər var. Çünki məhz cənab Prezidentin diqqət və qayğısı sayəsində milli mətbuatın 135 illiyi çox yüksək səviyyədə keçirildi, yüzlərlə jurnalist fəxri adlara layiq görüldü: “Mətbuat nümayəndələrinin sosial-məişət problemlərinin həlli istiqamətində dünyada analoqu olmayan tarixi addımlar atıldı, prezident tərəfindən 156 mənzilli bina jurnalistlərin ixtiyarına verildi. Mətbuatın inkişaf etdirilməsi üçün bir neçə il əvvəl KİV-lərə Dövlət Dəstəyi Şurası yaradıldı. Mətbuat orqanlarının nəşriyyatlara olan borcları məhz cənab Prezident tərəfindən bağışlanıldı. Təbii ki, bütün bunlara görə müstəqil media Azərbaycan prezidentini özlərinin ən yaxın dostu olaraq görməkdədirlər”. İlham İsmayılov deyib ki, Prezident öz çıxışında mətbuat vasitəsilə həm də bütün cəmiyyətə mesaj verirdi: “Təbii ki, bu mesajlar ölkənin inkişafına, gələcəyinə inanan və onun inkişaf etdirilməsinə çalışan hər bir məmur, hər bir vətəndaş üçün əsl strateji hədəf olmalıdır. Biz cənab prezidentin tam məzmunlu çıxışında yüksək intellektuallıq nümayiş etdirərək, mətbuatın, eləcə də bütün cəmiyyətin problemlərinə nə qədər həssas yanaşdığını bir daha görmüş olduq. Prezident bu çıxışı ilə islahatlara hər zaman açıq olduğunu, hətta islahatların aparılmasının vacibliyini də bir mesaj olaraq cəmiyyətə çatdırırdı. İnanıram ki, cənab Prezident bu çıxışı ilə hətta müxalif mətbuatın da aqressiyasını yumşaltmış oldu. Hesab edirəm ki, hər bir qərəzsiz, vicdanlı mətbuat Prezidentin siyasətini dəstəkləməyi özünün peşə və vicdan borcu saymalıdır”.
URL / WWW
http://atxem.az/news/a-15379.html