Axtarış: 
"Prezident İlham Əliyev öz çıxışı ilə hətta müxalif mətbuatın da aqressiyasını yumşaltdı"
+  -  Çap 
Yerləşdirilib: 29.11.13 | Baxılıb: 2646
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


"Cənab Prezident İlham Əliyevi jurnalistlər yenidən öz dostları olaraq görmələri üçün yetərincə səbəblər var".
Bu fikirləri "OLAYLAR"-a Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü İlham İsmayılov bu günlərdə dövlət başçısının jurnalistlərlə keçirdiyi görüşə münasibət bildirərkən səsləndirib: "Azərbaycan Prezidenti İlham Əliyev artıq ikinci dəfə idi ki, "Jurnalistlərin dostu" mükafatını alırdı. Azərbaycanda aparıcı mətbuat nümayəndələrinin qatıldığı mükafatın təqdimetmə mərasiminə mən də Mətbuat Şurası İdarə Heyətinin üzvü və respondentlərdən biri kimi qatılmışdım. Hesab edirəm ki, "Jurnalistlərin dostu" mükafatının yenidən cənab prezidentə verilməsi üçün bir sıra səbəblər var. Çünki məhz cənab Prezidentin diqqət və qayğısı sayəsində milli mətbuatın 135 illiyi çox yüksək səviyyədə keçirildi, yüzlərlə jurnalist fəxri adlara layiq görüldü: "Mətbuat nümayəndələrinin sosial-məişət problemlərinin həlli istiqamətində dünyada analoqu olmayan tarixi addımlar atıldı, prezident tərəfindən 156 mənzilli bina jurnalistlərin ixtiyarına verildi. Mətbuatın inkişaf etdirilməsi üçün bir neçə il əvvəl KİV-lərə Dövlət Dəstəyi Şurası yaradıldı. Mətbuat orqanlarının nəşriyyatlara olan borcları məhz cənab Prezident tərəfindən bağışlanıldı. Təbii ki, bütün bunlara görə müstəqil media Azərbaycan prezidentini özlərinin ən yaxın dostu olaraq görməkdədirlər". İlham İsmayılov deyib ki, Prezident öz çıxışında mətbuat vasitəsilə həm də bütün cəmiyyətə mesaj verirdi: "Təbii ki, bu mesajlar ölkənin inkişafına, gələcəyinə inanan və onun inkişaf etdirilməsinə çalışan hər bir məmur, hər bir vətəndaş üçün əsl strateji hədəf olmalıdır. Biz cənab prezidentin tam məzmunlu çıxışında yüksək intellektuallıq nümayiş etdirərək, mətbuatın, eləcə də bütün cəmiyyətin problemlərinə nə qədər həssas yanaşdığını bir daha görmüş olduq. Prezident bu çıxışı ilə islahatlara hər zaman açıq olduğunu, hətta islahatların aparılmasının vacibliyini də bir mesaj olaraq cəmiyyətə çatdırırdı. İnanıram ki, cənab Prezident bu çıxışı ilə hətta müxalif mətbuatın da aqressiyasını yumşaltmış oldu. Hesab edirəm ki, hər bir qərəzsiz, vicdanlı mətbuat Prezidentin siyasətini dəstəkləməyi özünün peşə və vicdan borcu saymalıdır".

VIDEO
Güneyli soydaşlarımız üçün tarixi fürsət - 05.03.2026
 
Keçən əsrin ən ağır cinayətlərindən biri: Xocalı soyqırımı - 26.02.2026
 
 
Vaşinqtondan başlayıb Cənubi Qafqazda davam edən strateji tərərfdaşlıq - 12.02.2026
 
Cənab Prezidentin cəmiyyətə ötürdüyü mesaj - 12.01.2026
 
Prezident İlham Əliyevin müsahibəsində Türk dünyası ilə bağlı strateji xətt - 07.01.2026
 
Azәrbaycan әdәbiyyatının görkәmli nümayәndәlәrindәn olani Nəriman Hə­sənzadənin 95 yaşı tamam olmuşdur - 20.02.2026
 
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Mar.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: ìì
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo