Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » İstanbulda möhtəşəm Azərbaycan gecəsi
18.03.14 15:50



Martın 16-da İstanbul-Türkiyə Azərbaycan Dərnəyi (İTAD) və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində Novruz bayramı ilə əlaqədar möhtəşəm Azərbaycan gecəsi keçirilib.

Tədbiri giriş sözilə açan İTAD-nın başkanı Səfər Karakoyunlu Dərnəyin fəaliyyəti ilə bağlı geniş məlumat verərək, bildirib ki, Türkiyədə Azərbaycan mədəniyyətini, adət-ənələrini tanıtmaq üçün dərnəyimiz vaxtaşırı bütün ölkə ərazisində müxtəlif tədbirlər keçirməkdədir: "Həyata keçirdiyimiz bir çox layihələri Azərbaycanda fəaliyyət göstərən qardaş dərnəyimiz ATXƏM-lə birgə keçirmişik. Bu günkü tədbir də iki qardaş dərnəyin birgə araya-ərsəyə gətirdiyi bir etginlikdir. Biz Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlar, Xocalı soyqırımının dünyada tanıdılması üçün qardaş dərnəyimizlə birlikdə iş aparırıq. Azərbaycan xalqının mədəniyyətini, adət-ənənəsini geniş topluma çatdırmaqda da birlikdə iş aparırıq. İnanıram ki, bütün dünya Azərbaycan xalqının böyük mədəniyyəti, adət-ənələri ilə tanış olduqca onu daha çox sevəcək və bu mədəniyyəti yaradan xalqa daima hörmət bəsləyəcəklər".

{img1}{img2}Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov öz çıxışında Novruz bayramının Azərbaycan xalqı üçün əhəmiyyətinə diqqət çəkərək, bildirib ki, min illər ərzində xalqımızın əsl bayram kimi qeyd etdiyi bu gözəl bayram bir zamanlar sovetlər birliyi yetkililəri tərəfindən qadağan olunmuşdu: "Lakin Azərbaycan xalqı öz adət-ənənəsindən əsla vazkeçmədi və bu gözəl bayramı, adət-ənənələri bütün zorluqlara rəğmən bu günə qədər gətirib çıxara bildi. Artıq bu bayram dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımız tərəfindən belə möhtəşəm salonlarda qeyd edilməkdədir. Bu gün bu salonda əsl bir Azərbaycan gecəsi yaşanmaqda, Azərbaycan musiqisi səslənməkdədir. Azərbaycan bayrağını dünyanın hər bir yanında layiqincə təmsil etmək, onu ucaltmaq hər birimizin Vətən borcumuzdur."

{img3}{img4}ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin öz çıxışında xalqların var olmasında mədəniyyətlərin rolundan danışaraq, qeyd edib ki, diaspora siyasətində "yumşaq güc" adlandırılan mədəniyyət bir xalqa qarşı sevgi və hörməti qazandıran ən vacib elementdir. "Qardaş Türkiyə Cumhuriyyətində, eləcə də bütün Türk dövlətlərində Azərbaycan mədəniyyətinin tanıdılması olduqca vacibdir. Çünki biz ortaq tarixə, mədəniyyətə, adət-ənələrə sahib olan türk xalqları eyni soy-kökə malik olmağımızı, mədəniyyətlərimizlə, adət-ənələrimizlə tanış olduqdan sonra daha yaxşı dərk etməkdəyik". Daha sonra tədbirdə İTAD tərfindən Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov və ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkinə Türkiyə-Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsindəki xidmətlərinə görə Onur Plaketi təqdim olunub. Türk xalqlarının birlik və bərabərliyini simgələyən "dəmir döymə" mərasimi keçirilib, hər iki ölkənin incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilib.

{img5}{img7}


{img8}


ATXƏM-in Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15390.html