Axtarış: 
İstanbulda möhtəşəm Azərbaycan gecəsi
+  -  Çap 
Yerləşdirilib: 18.03.14 | Baxılıb: 2436
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Martın 16-da İstanbul-Türkiyə Azərbaycan Dərnəyi (İTAD) və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində Novruz bayramı ilə əlaqədar möhtəşəm Azərbaycan gecəsi keçirilib.

Tədbiri giriş sözilə açan İTAD-nın başkanı Səfər Karakoyunlu Dərnəyin fəaliyyəti ilə bağlı geniş məlumat verərək, bildirib ki, Türkiyədə Azərbaycan mədəniyyətini, adət-ənələrini tanıtmaq üçün dərnəyimiz vaxtaşırı bütün ölkə ərazisində müxtəlif tədbirlər keçirməkdədir: "Həyata keçirdiyimiz bir çox layihələri Azərbaycanda fəaliyyət göstərən qardaş dərnəyimiz ATXƏM-lə birgə keçirmişik. Bu günkü tədbir də iki qardaş dərnəyin birgə araya-ərsəyə gətirdiyi bir etginlikdir. Biz Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlar, Xocalı soyqırımının dünyada tanıdılması üçün qardaş dərnəyimizlə birlikdə iş aparırıq. Azərbaycan xalqının mədəniyyətini, adət-ənənəsini geniş topluma çatdırmaqda da birlikdə iş aparırıq. İnanıram ki, bütün dünya Azərbaycan xalqının böyük mədəniyyəti, adət-ənələri ilə tanış olduqca onu daha çox sevəcək və bu mədəniyyəti yaradan xalqa daima hörmət bəsləyəcəklər".

Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov öz çıxışında Novruz bayramının Azərbaycan xalqı üçün əhəmiyyətinə diqqət çəkərək, bildirib ki, min illər ərzində xalqımızın əsl bayram kimi qeyd etdiyi bu gözəl bayram bir zamanlar sovetlər birliyi yetkililəri tərəfindən qadağan olunmuşdu: "Lakin Azərbaycan xalqı öz adət-ənənəsindən əsla vazkeçmədi və bu gözəl bayramı, adət-ənənələri bütün zorluqlara rəğmən bu günə qədər gətirib çıxara bildi. Artıq bu bayram dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımız tərəfindən belə möhtəşəm salonlarda qeyd edilməkdədir. Bu gün bu salonda əsl bir Azərbaycan gecəsi yaşanmaqda, Azərbaycan musiqisi səslənməkdədir. Azərbaycan bayrağını dünyanın hər bir yanında layiqincə təmsil etmək, onu ucaltmaq hər birimizin Vətən borcumuzdur."

ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin öz çıxışında xalqların var olmasında mədəniyyətlərin rolundan danışaraq, qeyd edib ki, diaspora siyasətində "yumşaq güc" adlandırılan mədəniyyət bir xalqa qarşı sevgi və hörməti qazandıran ən vacib elementdir. "Qardaş Türkiyə Cumhuriyyətində, eləcə də bütün Türk dövlətlərində Azərbaycan mədəniyyətinin tanıdılması olduqca vacibdir. Çünki biz ortaq tarixə, mədəniyyətə, adət-ənələrə sahib olan türk xalqları eyni soy-kökə malik olmağımızı, mədəniyyətlərimizlə, adət-ənələrimizlə tanış olduqdan sonra daha yaxşı dərk etməkdəyik". Daha sonra tədbirdə İTAD tərfindən Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov və ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkinə Türkiyə-Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsindəki xidmətlərinə görə Onur Plaketi təqdim olunub. Türk xalqlarının birlik və bərabərliyini simgələyən "dəmir döymə" mərasimi keçirilib, hər iki ölkənin incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilib.





ATXƏM-in Mətbuat xidməti

VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771 ěě
Rütübət: 72 %


free counters

© 2024 www.atxem.az
Powered by Danneo