Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Azərbaycan Mətbuat Şurası ATXƏM-lə birgə müsabiqə elan edir
04.04.14 08:43



Azərbaycan Mətbuat Şurası Azərbaycanlıların və digər Türkdili Xalqların Əməkdaşlıq Mərkəzi

Müsabiqə elanı

Azərbaycan Mətbuat Şurası Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) ilə birgə 5 aprel 2014-cü il tarixindən etibarən “Əli bəy Hüseynzadə və türk dünyası” mövzusunda KİV-lər arasında yazı müsabiqəsi keçirir.

I. Müsabiqənin məqsədi

Müsabiqənin məqsədi türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynamış, müstəqil milli dövlətçilimizin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak etmiş Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq dahi mütəfəkkirin həyat və fəaliyyətinin işıqlandırılmasına və təbliğinə yönələn tədbirlərə dəstək verməkdir. Müsabiqədə qoyulan məqsədə çatmaq üçün aşağıdakı prioritet vəzifələr müəyyənləşdirilir:

1.Əli bəy Hüseynzadənin Azərbaycan və Türk dünyasındakı roluna dair KİV-lərin materiallarının daha peşəkar tərzdə təqdimatını stimullaşdırmaq;

2. Milli mənəvi dəyərlərimiz, türkçülük kökənimiz və dövlətçilik tariximiz baxımından mühüm əhəmiyyət kəsb edən mövzunu hər zaman diqqətdə saxlamaq;

3. Əli bəy Hüseynzadə irsi ilə bağlı yeni jurnalist araşdırmalarının meydana çıxmasına şərait yaratmaq.

II. Müsabiqə şərtləri

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Müəlliflər mövzuya yanaşma baxımından da sərbəstdirlər.

1. Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

2. Materialların mövzunu əhatə etmə səviyyəsi;

3. Faktlardan istifadə xüsusiyytələri;

4. İfadə vasitələrinin zənginliyi;

5. Oxucu üçün informasiyalılıq dərəcəsi.

Müsabiqəyə 2014-cü ilin aprel ayının 5-dən 30-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Nəzərdə tutulan həən artıq yazılar qeydə alınmayacaq;

Yazıda “Yazı Azərbaycan Mətbuat Şurasının və Azərbaycanlıların və digər Türkdili Xalqların Əməkdaşlıq Mərkəzinin “Əli bəy Hüseynzadə və Türk Dünyası” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.

Qeyd: Yazı müəllifinin müsabiqə üçün təqdim edəcəyi materialı çalışdığı KİV-də verməsi şərt deyil.

III. Yazıların təqdim edilməsi

Təqdimat zərfinə yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təqdiqləyən sənədin surəti, onun əlaqə vasitələri əlavə olunmalıdır.

Müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın nüsxəsi, informasiya saytında verilibsə, bunu təsdiqləyən link təqdim edilməlidir.

Material yazılı formada 3 nüsxədə (A4 formatlı kağız vərəqində), həmçinin elektron formada (diskdə, Times New Roman şriftində) müəllifin adı qeyd olunmamaqla şəxsən təqdim edilməlidir. Müsabiqə materialı informasiya saytında gedibsə, elektron təqdimata (diskə) yazının linkinin göstərildiyi ayrıca fayl yerləşdirilməlidir.

Yazılar 2014-cü ilin aprel ayının 5-dən 30-dək hər gün saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 (köhnə Teymur Əliyev küçəsi 38) ünvanında - Azərbaycan Mətbuat Şurasının ofisində qəbul ediləcək.

IV. Mükafatlandırma

Müsabiqədə 1 birinci, 2 ikinci və 3 üçüncü yer, həmçinin 6 həvəsləndirici mükafat nəzərdə tutulub.

I yer - 800 manat;

II yer - 500 manat;

III yer - 300 manat.

Həvəsləndirici mükafat – 100 manat

Müsabiqə laureatlarının adları 3 may Türkçülük günü ərəfəsində açıqlanacaq.

Əlaqə telefonu: (060) 623 26 88
URL / WWW
http://atxem.az/news/a-15391.html