Axtarış: 
Azərbaycan Mətbuat Şurası ATXƏM-lə birgə müsabiqə elan edir
+  -  Çap 
Yerləşdirilib: 04.04.14 | Baxılıb: 2496
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Azərbaycan Mətbuat Şurası Azərbaycanlıların və digər Türkdili Xalqların Əməkdaşlıq Mərkəzi

Müsabiqə elanı

Azərbaycan Mətbuat Şurası Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) ilə birgə 5 aprel 2014-cü il tarixindən etibarən "Əli bəy Hüseynzadə və türk dünyası" mövzusunda KİV-lər arasında yazı müsabiqəsi keçirir.

I. Müsabiqənin məqsədi

Müsabiqənin məqsədi türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynamış, müstəqil milli dövlətçilimizin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak etmiş Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq dahi mütəfəkkirin həyat və fəaliyyətinin işıqlandırılmasına və təbliğinə yönələn tədbirlərə dəstək verməkdir. Müsabiqədə qoyulan məqsədə çatmaq üçün aşağıdakı prioritet vəzifələr müəyyənləşdirilir:

1.Əli bəy Hüseynzadənin Azərbaycan və Türk dünyasındakı roluna dair KİV-lərin materiallarının daha peşəkar tərzdə təqdimatını stimullaşdırmaq;

2. Milli mənəvi dəyərlərimiz, türkçülük kökənimiz və dövlətçilik tariximiz baxımından mühüm əhəmiyyət kəsb edən mövzunu hər zaman diqqətdə saxlamaq;

3. Əli bəy Hüseynzadə irsi ilə bağlı yeni jurnalist araşdırmalarının meydana çıxmasına şərait yaratmaq.

II. Müsabiqə şərtləri

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Müəlliflər mövzuya yanaşma baxımından da sərbəstdirlər.

1. Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

2. Materialların mövzunu əhatə etmə səviyyəsi;

3. Faktlardan istifadə xüsusiyytələri;

4. İfadə vasitələrinin zənginliyi;

5. Oxucu üçün informasiyalılıq dərəcəsi.

Müsabiqəyə 2014-cü ilin aprel ayının 5-dən 30-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Nəzərdə tutulan həən artıq yazılar qeydə alınmayacaq;

Yazıda "Yazı Azərbaycan Mətbuat Şurasının və Azərbaycanlıların və digər Türkdili Xalqların Əməkdaşlıq Mərkəzinin "Əli bəy Hüseynzadə və Türk Dünyası" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur" qeydi olmalıdır.

Qeyd: Yazı müəllifinin müsabiqə üçün təqdim edəcəyi materialı çalışdığı KİV-də verməsi şərt deyil.

III. Yazıların təqdim edilməsi

Təqdimat zərfinə yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təqdiqləyən sənədin surəti, onun əlaqə vasitələri əlavə olunmalıdır.

Müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın nüsxəsi, informasiya saytında verilibsə, bunu təsdiqləyən link təqdim edilməlidir.

Material yazılı formada 3 nüsxədə (A4 formatlı kağız vərəqində), həmçinin elektron formada (diskdə, Times New Roman şriftində) müəllifin adı qeyd olunmamaqla şəxsən təqdim edilməlidir. Müsabiqə materialı informasiya saytında gedibsə, elektron təqdimata (diskə) yazının linkinin göstərildiyi ayrıca fayl yerləşdirilməlidir.

Yazılar 2014-cü ilin aprel ayının 5-dən 30-dək hər gün saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 (köhnə Teymur Əliyev küçəsi 38) ünvanında - Azərbaycan Mətbuat Şurasının ofisində qəbul ediləcək.

IV. Mükafatlandırma

Müsabiqədə 1 birinci, 2 ikinci və 3 üçüncü yer, həmçinin 6 həvəsləndirici mükafat nəzərdə tutulub.

I yer - 800 manat;

II yer - 500 manat;

III yer - 300 manat.

Həvəsləndirici mükafat – 100 manat

Müsabiqə laureatlarının adları 3 may Türkçülük günü ərəfəsində açıqlanacaq.

Əlaqə telefonu: (060) 623 26 88

VIDEO
İctimai İştirak və İctimai Nəzarət: Vətəndaş Nəzarəti”-Ə.Abbasbəyli və İ.İsmayılov ilə QIRMIZI MASA - 16 iyul 2025 il
 
1948-1953-cü illərdə Qərbi Azərbaycandan deportasiya zamanı mülkiyyət hüququnun pozuntusu - 07 iyul 2025 il
 
AR QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Qərbi Azərbaycana qayıdış” mövzusunda 2023 və 2024-cü illərdə həyata keçirilən layihələrlə bağlı brifinq keçirib - 11 iyun 2025
 
 
 3 May Türkçülük Günü- 03.05.2025
 
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə Azərbaycanın tanınmış QHT və mətbuat nümayəndələri görüşmüşlər - 07.04.2025
 
 
   Türkman QHT-lərinin nümayəndələri yerli QHT-lərlə gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparmışlar - 17.03.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Avq.2025
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Gecə: +23.. +25aydn yağmursuz
Səhər: +30.. +32aydn yağmursuz
Gündüz: +31.. +33aydn yağmursuz
Axşam: +25.. +27aydn yağmursuz
Atm. təziyi: 757 ìì
Rütübət: 50 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo