Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» ATXƏM sədri İstanbul Türk Ocaqlarının rəhbəri Cezmi Bayrama Plaket təqdim etdi
23.05.14 10:31
Mayın 21-də Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və TİKA-nın təşkilatçılığı, İstanbul Türk Ocaqları, Avrasiya Beynəlxalq Mətbuat Fondunun dəstəyi ilə "Əlibəy Hüseynzadə və Türk Dünyası Birliyi Düşüncəsi" adlı konfrans və Əlibəy Hüseynzadəyə həsr olunmuş məktəblilər arasında inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirin açılşında çıxış edən tədbirin təşkilatçılarından olan Qənirə Paşayeva Əlibəy Hüseynzadənin 150 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncamına görə ölkə başçısı İlham Əliyevə təşəkkürünü bildirib və deyib ki, keçirilən tədbirlərdə də məqsəd Əlibəy Hüseynzadə irsinin gənc nəsillərə daha geniş tanıdılması məqsədi daşıyır.
Millət vəkili türk dünyasının ziyalıları və görkəmli şəxsiyyətləri arasında Əli bəy Hüseynzadənin xüsusi yeri olduğunu qeyd edib: “Əli bəy Hüseyinzadə Azərbaycanda doğulmasına baxmayaraq ömrünü bütün dünyada yaşayan türklərin müdafiəsinə həsr edən, türk dünyası ziyalıları və görkəmli şəxsiyyətləri arasında xüsusi yerə sahib olan dəyərli bir şəxsiyyətdir”.
{img1}{img2}Millət vəkili Əli bəy Hüseynzadənin gənclər üçün əsl örnək olduğunu qeyd edərək, onu anmaqdan başqa anlamağı da tövsiyyə edib. Azərbaycanla bərabər Türkiyə gəncliyinin də Əlibəy Hüseynzadə irsini daha yaxından tanımaları istiqamətində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin İstanbul, Bolu, Karabük Türk Ocaqları, Giresun Universiteti ilə birlikdə Türkiyənin müxtəlif bölgələrində də tədbirlər təşkil etdiyini deyən millət vəkili Qənirə Paşayeva bu gün Türkiyədən gəlmiş 20-ə yaxın dəyərli alim, ədəbiyyatçı, jurnalistlə birgə ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi "Bir millət iki dövlət" düşüncəsi ilə bu tədbirin keçirilməsinin vacibliyini və gənclərimiz üçün önəmli mesaj olduğunu vurğulayıb və onları Bakıda salamlamaqdan məmnunluğunu bildirib.
Konfransın açılışında çıxış edən tədbirin təşkilatçılarından olan TİKA-nın Bakı nümayəndəliyinin rəhbəri Mustafa Haşim Polat qeyd edib ki, Azərbaycan və Türkiyənin görkəmli şəxsiyyəti olan Əlibəy Hüseynzadəni anmaq fəxrdir. Əlibəy Hüseynzadə bizim ortaq tariximizdir. Onun 150 illiyi münasibəti ilə keçirilən müsabiqədə də məqsəd gənclərimizin, insanlarımızın bu böyük şəxsiyyəti daha yaxından tanıması və ondan örnək almasıdır. Yəni Əli bəy deyəndə, ilk növbədə, onu Azərbaycan bayrağındakı rənglərin banisi, Türkiyənin siyasi həyatında böyük rol oynamış şəxsiyyət kimi xatırlasınlar”. Təhsil nazirinin müşaviri Samir Vəliyev də cənab Prezidentin Əlibəy Hüseynzadə ilə bağlı sərəncamının əhəmiyyətindən, Əlibəy Hüseynzadənin həyatı və düşüncəsi, gənc nəsillərin bu böyük şəxsiyyəti daha yaxından öyrənməsinin vacibliyini vurğulayaraq Təhsil Nazirliyinin bu kimi layihələri hər zaman dəstəkləməyə hazır olduğunu bildirib.
{img3}{img4}Açılışda çıxış edən İstanbul Türk Ocaqlarının rəhbəri Cezmi Bayram Prezident İlham Əliyevə Əlibəy Hüseynzadənin 150 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı sərəncama görə xüsusi təşəkkürünü bildirib. O deyib ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın sürətli inkişafı ilə bərabər Türk dövlətlərinin, Türk dünyasının birliyi, bərabərliyi istiqamətində də böyük işlər görür və dünyanın hər yerindəki türk insanları tərəfindən bu addımlar təqdirlə qarşılanır. Biz prezident cənab İlham Əliyevin bu istiqamətdəki böyük fəaliyyətini təqdirlə izləyərək İstanbul Türk Ocaqları olaraq cənab Prezidentə qurumumuz tərəfindən xüsusi mükafatın verilməsini qərara almışıq və bunu bu gün burada elan etməkdən məmnuniyyət duyuruq.
Bundan sonra İstanbul Türk Ocaqları tərəfindən tədbirin təşkilatçıları və Əlibəy Hüseynzadə irsini araşdıran elm, ədəbiyyat insanlarına, bu irsin təbliğinə dəstək verən qeyri-hökumət təşkilatlarına, o cümlədən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılova hədiyyə verilib. ATXƏM sədri İstanbul Türk Ocaqlarının rəhbəri Cezmi Bayrama Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə Plaket təqdim edib. Daha sonra qonaqlara ATXƏM adından rəsmi ziyafət verilib.
URL / WWW
http://atxem.az/news/a-15399.html