Axtarış: 
ATXƏM sədri İstanbul Türk Ocaqlarının rəhbəri Cezmi Bayrama Plaket təqdim etdi
+  -  Çap 
Yerləşdirilib: 23.05.14 | Baxılıb: 597
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Mayın 21-də Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və TİKA-nın təşkilatçılığı, İstanbul Türk Ocaqları, Avrasiya Beynəlxalq Mətbuat Fondunun dəstəyi ilə "Əlibəy Hüseynzadə və Türk Dünyası Birliyi Düşüncəsi" adlı konfrans və Əlibəy Hüseynzadəyə həsr olunmuş məktəblilər arasında inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirin açılşında çıxış edən tədbirin təşkilatçılarından olan Qənirə Paşayeva Əlibəy Hüseynzadənin 150 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncamına görə ölkə başçısı İlham Əliyevə təşəkkürünü bildirib və deyib ki, keçirilən tədbirlərdə də məqsəd Əlibəy Hüseynzadə irsinin gənc nəsillərə daha geniş tanıdılması məqsədi daşıyır.

Millət vəkili türk dünyasının ziyalıları və görkəmli şəxsiyyətləri arasında Əli bəy Hüseynzadənin xüsusi yeri olduğunu qeyd edib: “Əli bəy Hüseyinzadə Azərbaycanda doğulmasına baxmayaraq ömrünü bütün dünyada yaşayan türklərin müdafiəsinə həsr edən, türk dünyası ziyalıları və görkəmli şəxsiyyətləri arasında xüsusi yerə sahib olan dəyərli bir şəxsiyyətdir”.

Millət vəkili Əli bəy Hüseynzadənin gənclər üçün əsl örnək olduğunu qeyd edərək, onu anmaqdan başqa anlamağı da tövsiyyə edib. Azərbaycanla bərabər Türkiyə gəncliyinin də Əlibəy Hüseynzadə irsini daha yaxından tanımaları istiqamətində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin İstanbul, Bolu, Karabük Türk Ocaqları, Giresun Universiteti ilə birlikdə Türkiyənin müxtəlif bölgələrində də tədbirlər təşkil etdiyini deyən millət vəkili Qənirə Paşayeva bu gün Türkiyədən gəlmiş 20-ə yaxın dəyərli alim, ədəbiyyatçı, jurnalistlə birgə ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi "Bir millət iki dövlət" düşüncəsi ilə bu tədbirin keçirilməsinin vacibliyini və gənclərimiz üçün önəmli mesaj olduğunu vurğulayıb və onları Bakıda salamlamaqdan məmnunluğunu bildirib.

Konfransın açılışında çıxış edən tədbirin təşkilatçılarından olan TİKA-nın Bakı nümayəndəliyinin rəhbəri Mustafa Haşim Polat qeyd edib ki, Azərbaycan və Türkiyənin görkəmli şəxsiyyəti olan Əlibəy Hüseynzadəni anmaq fəxrdir. Əlibəy Hüseynzadə bizim ortaq tariximizdir. Onun 150 illiyi münasibəti ilə keçirilən müsabiqədə də məqsəd gənclərimizin, insanlarımızın bu böyük şəxsiyyəti daha yaxından tanıması və ondan örnək almasıdır. Yəni Əli bəy deyəndə, ilk növbədə, onu Azərbaycan bayrağındakı rənglərin banisi, Türkiyənin siyasi həyatında böyük rol oynamış şəxsiyyət kimi xatırlasınlar”. Təhsil nazirinin müşaviri Samir Vəliyev də cənab Prezidentin Əlibəy Hüseynzadə ilə bağlı sərəncamının əhəmiyyətindən, Əlibəy Hüseynzadənin həyatı və düşüncəsi, gənc nəsillərin bu böyük şəxsiyyəti daha yaxından öyrənməsinin vacibliyini vurğulayaraq Təhsil Nazirliyinin bu kimi layihələri hər zaman dəstəkləməyə hazır olduğunu bildirib.

Açılışda çıxış edən İstanbul Türk Ocaqlarının rəhbəri Cezmi Bayram Prezident İlham Əliyevə Əlibəy Hüseynzadənin 150 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı sərəncama görə xüsusi təşəkkürünü bildirib. O deyib ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın sürətli inkişafı ilə bərabər Türk dövlətlərinin, Türk dünyasının birliyi, bərabərliyi istiqamətində də böyük işlər görür və dünyanın hər yerindəki türk insanları tərəfindən bu addımlar təqdirlə qarşılanır. Biz prezident cənab İlham Əliyevin bu istiqamətdəki böyük fəaliyyətini təqdirlə izləyərək İstanbul Türk Ocaqları olaraq cənab Prezidentə qurumumuz tərəfindən xüsusi mükafatın verilməsini qərara almışıq və bunu bu gün burada elan etməkdən məmnuniyyət duyuruq.

Bundan sonra İstanbul Türk Ocaqları tərəfindən tədbirin təşkilatçıları və Əlibəy Hüseynzadə irsini araşdıran elm, ədəbiyyat insanlarına, bu irsin təbliğinə dəstək verən qeyri-hökumət təşkilatlarına, o cümlədən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılova hədiyyə verilib. ATXƏM sədri İstanbul Türk Ocaqlarının rəhbəri Cezmi Bayrama Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə Plaket təqdim edib. Daha sonra qonaqlara ATXƏM adından rəsmi ziyafət verilib.

VIDEO
Cənubi Koreyada
 
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib
 
İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin nümayəndə heyəti ATXƏM Ictimai Birliyinin qonağı oldular
 
“Bakıda Nuru Paşaya abidə qoyulmasını ölkə başçısından xahiş etmişik”
 
ATXƏM Salyanda Ramazan bayramı münasibətilə tədbir keçirdi
 
ƏFLATUN AMAŞOV-60
 
Azərbaycanın Milli Qəhramanı Murad Mirzəyevə həsr olunmuş film təqdim olundu
 
Belçikadakı Türk qeyri-hökumət təşkilatları XOCALI Soyqırımını qınayaraq, dəstək verdilər
 
 Digər xəbərlər

Axtarış
 


Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.

Hazara Türkleri'nin Geçmişi ve Bugünü

Prof. Dr. Mehmet Toplu

Hoca Ahmet Yesevi Uluslararası Türk Kazak Üniversitesi; Doç. Dr. Gazi Üniversitesi İletişim Fakültesi


Hazara Türkleri'nin çoğunluğunun yaşadığı ülke olan Afganistan İslam Cumhuriyeti, Orta Asya’da yer alan ve denizi kıyısı olmayan bir ülkedir. Doğu ve güneyde Pakistan batıda İran, Kuzeyde Türkmenistan, Özbekistan ve Tacikistan, doğuda da ufak bir sınırla Çin ile komşudur. Toplam 652.864 km² lik coğrafi alana sahip olan ülkede, 2014 nüfus verilerine göre 31,822,848 kişi yaşamaktadır. Ülkede yaşayan her 1000 kişiden 23,06'sı mülteci statüsündedir. (Afganistan, 2016). Halkın %99'u Müslüman'dır. Bunların %80'i Sünni ve %19'u Şii'dir. %1'i ise diğer dinlere mensuptur.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Okt.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

Gecə: +12.. +14dəyişkən buludlu yağmursuz
Səhər: +16.. +18buludlu yağmursuz
Gündüz: +17.. +19dəyişkən buludlu yağmursuz
Axşam: +15.. +17buludlu yağmursuz
Atm. təziyi: 763 ìì
Rütübət: 71 %


free counters

© 2017 www.atxem.az
Powered by Danneo