Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Respublika Günündə QHT-lərdən anlamlı tədbir
29.05.14 10:29



28 May-Respublika Günü münasibətilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM), Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin nümayəndələri Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılmış, məzarları üzərinə qərənfillər düzmüşdür. Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə də ziyarət olunmuşdur.

Mərasim Azərbaycan İstiqlal Muzeyində davam etmişdir. Burada ayrı-ayrı bölmələrdə nümayiş olunan Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid eksponatlar haqqında ətraflı məlumat verilmişdir. Muzeydə təşkil olunan “dəyirmi masa”da MQF-nin prezidenti Rauf Zeyni Respublika gününün əhəmiyyətindən söz açmışdır. Bildirmişdir ki, Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra bu əlamətdar gün ölkəmizdə böyük təntənə ilə qeyd olunur.

{img1}{img2}ATXƏM-in sədri İlham İsmayılov isə Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk tolerantlıq və demokratiya nümunəsi olduğunu bildirmişdir. İlham İsmayılov qeyd etmişdir ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin yaranması elan olunduqdan sonra çoxlu problemlər yaranmışdı. "Ermənilər Bakıda və Azərbaycanın ayrı-ayrı bölgələrində xalqımıza qarşı soyqırımlar törədirdilər. Belə bir vaxtda xilaskar rolunda Nuru paşanın komandanlığı altında Azərbaycana gələn Qafqaz İslam Ordusu bu soyqırımların qarşısını alaraq, Cümhuriyyətin möhkəmlənməsində əvəzsiz rol oynadı".

{img3}{img4}Tədbirdə çıxış edən gənclər təşkilatlarının rəhbərləri minlərlə şəhid qanı bahasına əldə etdiyimiz Azərbaycan Respublikasını göz bəbəyi kimi qorunması üçün hər zaman hazır olduqlarını bildirmişlər.

Tədbirdən sonra Dövlət Bayraq Meydanına gəzinti də təşkil olunmuş, Respublika Günü münasibətilə ziyafət verilmişdir.

{img5}{img6}


{img7}


ATXƏM-in Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15400.html