Axtarış: 
Respublika Günündə QHT-lərdən anlamlı tədbir
+  -  Çap 
Yerləşdirilib: 29.05.14 | Baxılıb: 2634
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


28 May-Respublika Günü münasibətilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM), Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin nümayəndələri Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılmış, məzarları üzərinə qərənfillər düzmüşdür. Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə də ziyarət olunmuşdur.

Mərasim Azərbaycan İstiqlal Muzeyində davam etmişdir. Burada ayrı-ayrı bölmələrdə nümayiş olunan Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid eksponatlar haqqında ətraflı məlumat verilmişdir. Muzeydə təşkil olunan "dəyirmi masa"da MQF-nin prezidenti Rauf Zeyni Respublika gününün əhəmiyyətindən söz açmışdır. Bildirmişdir ki, Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra bu əlamətdar gün ölkəmizdə böyük təntənə ilə qeyd olunur.

ATXƏM-in sədri İlham İsmayılov isə Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk tolerantlıq və demokratiya nümunəsi olduğunu bildirmişdir. İlham İsmayılov qeyd etmişdir ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin yaranması elan olunduqdan sonra çoxlu problemlər yaranmışdı. "Ermənilər Bakıda və Azərbaycanın ayrı-ayrı bölgələrində xalqımıza qarşı soyqırımlar törədirdilər. Belə bir vaxtda xilaskar rolunda Nuru paşanın komandanlığı altında Azərbaycana gələn Qafqaz İslam Ordusu bu soyqırımların qarşısını alaraq, Cümhuriyyətin möhkəmlənməsində əvəzsiz rol oynadı".

Tədbirdə çıxış edən gənclər təşkilatlarının rəhbərləri minlərlə şəhid qanı bahasına əldə etdiyimiz Azərbaycan Respublikasını göz bəbəyi kimi qorunması üçün hər zaman hazır olduqlarını bildirmişlər.

Tədbirdən sonra Dövlət Bayraq Meydanına gəzinti də təşkil olunmuş, Respublika Günü münasibətilə ziyafət verilmişdir.





ATXƏM-in Mətbuat xidməti

VIDEO
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
Türk dünyasının mədəni-humanitar inteqrasiyası üçün yol xəritəsi - 30.06.2026
 
Füzuli və Şuşadan verilən həmrəylik mesajları - 24.06.2026
 
Şuşa Bəyannaməsi: Türk dünyasının inteqrasiyasına töhfə verən tarixi sənəd - 12.06.2026
 
WUF13 Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelinin təqdimatı baxımından əhəmiyyətli idi - 24.05.2026
 
Heydər Əliyevin türk dünyasının inteqrasiyasında əvəzsiz xidmətləri - 09.05.2026
 
Türkçülük Günü Türk xalqları arasında inteqrasiya prosesinin sürətləndirilməsində mühüm əhəmiyyət kəsb edir - 01.05.2026
 
Kiyev-Bakı əməkdaşlığı, mövcud durum və perspektiv imkanlar - 27.04.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo