Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Türk dünyası xəbərləri » Qazaxstanda Turan Qurultayı keçirilib
01.06.14 10:57



May ayının 24-26-da Qazaxstanın Çimkənd bölgəsində yenicə əsası qoyulan Turan şəhərciyində Dünya Türk Xalqlarının Birlik Qurultayı keçirilib. Əksər Türk dövlətləri və müxtariyyətlərinin ictimai, siyasi qurumları və aydınların iştirakı ilə baş tutan Qurultayda Azərbaycandan da böyük nümayəndə heyəti qatılıb.

Qurultayda Azərbaycandan millət vəkili Sabir Rüstəmxanlı, Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) icraçı katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin, “Yenicag.az” internet saytının baş redaktoru və Avrasiya Qəzetçilər Dərnəyi Qafqaz təmsilçisi Aqil Ələsgər,125-lər Siyasi Klubunun üzvü, publisist Tamilla Qulami, Azərbaycan Türkiyə Evi Birliyinin sədr müavini Cahandar Bayoğlu, “Yeni Nəfəs” Gənclər Hərəkatı sədri Seymur Həsənli, alimlərimiz Babək Abışov, Məhəmməd Teymurlu və Rafiq Turabxanoğlu da iştirak ediblər.

Qurultayda Türk dünyasının birlik modelləri, ictimai-siyasi qurumlarının əməkdaşlığı, Türk dövlətlərinin daha sıx inteqrasiya olunması, ortaq dil, əlifba, tarix, coğrafiya və s. problemlər haqqında maraqlı müzakirələr aparılıb.

Qurultayda qəbul olunan ən mühüm qərarlardan biri Türk xalqlarının ictimai qurumlarının koordinasiya şurasının yaradılması olunub. Koordinasiya şurasının Azərbaycan təmsilçiliyinə Zəlimxan Məmmədli və Cahandar Bayoğlu seçiliblər.

{img1}{img2}Qurultayda Azərbaycan nümayəndə heyəti Qarabağa həsr olunmuş sərgi təşkil ediblər. Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı ilə bağlı müxtəlif dillərdə nəşr olunmuş mətbu nəşrlər Qurultay iştirakçılarına paylanıb. Sərgi zamanı Türk Dünyasının müxtəlif ölkələrindən gələn nümayəndə heyətlərinə Azərbaycanın ağrılı problemi olan Qarabağ məsələsi anladılıb.

Qeyd edək ki, 30 hektar ərazidə salınacaq yeni Turan şəhərində hələ ki vahid ümumtürk mədəniyyət mərkəzi tikilib və məlum qurultay da həmin mədəniyyət mərkəzində keçirilib. Qurultayın ən böyük önəmi ondan ibarət olub ki, dünyanın müxtəlif yerlərindən türklər öz bayraqları və mədəniyyətlərini təbliğ edən geyim formaları ilə tədbirə qatılıblar. Yeməklərin hazırlanması, gecələmək üçün qurulan alaçıqlar, ümumiyyətlə hər bir şey qədim türk həyat tərzini xatırladıb. {img3}{img4}Üç gün davam edən qurultayda bütün türk xalqları nümayəndələri çıxış edərək milli problemlərini səsləndiriblər və Türk Dünyasına çağırışlarını oxuyublar. Sonuncu gün Türk Xalqları assambleyasının rəhbərliyi və müvafiq qurumların tərkibi seçilərək qurultay yekunlaşıb.

{img5}{img6}


{img7}{img8}


{img9}{img10}
URL / WWW
http://atxem.az/news/a-15401.html