Axtarış: 
Qazaxstanda Turan Qurultayı keçirilib
+  -  Çap 
Yerləşdirilib: 01.06.14 | Baxılıb: 3548
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


May ayının 24-26-da Qazaxstanın Çimkənd bölgəsində yenicə əsası qoyulan Turan şəhərciyində Dünya Türk Xalqlarının Birlik Qurultayı keçirilib. Əksər Türk dövlətləri və müxtariyyətlərinin ictimai, siyasi qurumları və aydınların iştirakı ilə baş tutan Qurultayda Azərbaycandan da böyük nümayəndə heyəti qatılıb.

Qurultayda Azərbaycandan millət vəkili Sabir Rüstəmxanlı, Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) icraçı katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin, "Yenicag.az" internet saytının baş redaktoru və Avrasiya Qəzetçilər Dərnəyi Qafqaz təmsilçisi Aqil Ələsgər,125-lər Siyasi Klubunun üzvü, publisist Tamilla Qulami, Azərbaycan Türkiyə Evi Birliyinin sədr müavini Cahandar Bayoğlu, "Yeni Nəfəs" Gənclər Hərəkatı sədri Seymur Həsənli, alimlərimiz Babək Abışov, Məhəmməd Teymurlu və Rafiq Turabxanoğlu da iştirak ediblər.

Qurultayda Türk dünyasının birlik modelləri, ictimai-siyasi qurumlarının əməkdaşlığı, Türk dövlətlərinin daha sıx inteqrasiya olunması, ortaq dil, əlifba, tarix, coğrafiya və s. problemlər haqqında maraqlı müzakirələr aparılıb.

Qurultayda qəbul olunan ən mühüm qərarlardan biri Türk xalqlarının ictimai qurumlarının koordinasiya şurasının yaradılması olunub. Koordinasiya şurasının Azərbaycan təmsilçiliyinə Zəlimxan Məmmədli və Cahandar Bayoğlu seçiliblər.

Qurultayda Azərbaycan nümayəndə heyəti Qarabağa həsr olunmuş sərgi təşkil ediblər. Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı ilə bağlı müxtəlif dillərdə nəşr olunmuş mətbu nəşrlər Qurultay iştirakçılarına paylanıb. Sərgi zamanı Türk Dünyasının müxtəlif ölkələrindən gələn nümayəndə heyətlərinə Azərbaycanın ağrılı problemi olan Qarabağ məsələsi anladılıb.

Qeyd edək ki, 30 hektar ərazidə salınacaq yeni Turan şəhərində hələ ki vahid ümumtürk mədəniyyət mərkəzi tikilib və məlum qurultay da həmin mədəniyyət mərkəzində keçirilib. Qurultayın ən böyük önəmi ondan ibarət olub ki, dünyanın müxtəlif yerlərindən türklər öz bayraqları və mədəniyyətlərini təbliğ edən geyim formaları ilə tədbirə qatılıblar. Yeməklərin hazırlanması, gecələmək üçün qurulan alaçıqlar, ümumiyyətlə hər bir şey qədim türk həyat tərzini xatırladıb.
Üç gün davam edən qurultayda bütün türk xalqları nümayəndələri çıxış edərək milli problemlərini səsləndiriblər və Türk Dünyasına çağırışlarını oxuyublar. Sonuncu gün Türk Xalqları assambleyasının rəhbərliyi və müvafiq qurumların tərkibi seçilərək qurultay yekunlaşıb.






VIDEO
Güneyli soydaşlarımız üçün tarixi fürsət - 05.03.2026
 
Keçən əsrin ən ağır cinayətlərindən biri: Xocalı soyqırımı - 26.02.2026
 
 
Vaşinqtondan başlayıb Cənubi Qafqazda davam edən strateji tərərfdaşlıq - 12.02.2026
 
Cənab Prezidentin cəmiyyətə ötürdüyü mesaj - 12.01.2026
 
Prezident İlham Əliyevin müsahibəsində Türk dünyası ilə bağlı strateji xətt - 07.01.2026
 
Azәrbaycan әdәbiyyatının görkәmli nümayәndәlәrindәn olani Nəriman Hə­sənzadənin 95 yaşı tamam olmuşdur - 20.02.2026
 
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Mar.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: ìì
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo