Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Macar-Turan Vəqfinin nümayəndələri Azərbaycanda oldular
13.06.14 10:36



İyunun 11-də Beynəlxalq Mətbuat Mərkəzində “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşkilatçılığı, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə Azərbaycanda səfərdə olan Macar Turan Vəqfinin nümayəndələri və Macarıstanın aydınları, sənətçi və media mənsublarından ibarət nümayəndə heyətinin iştirakı ilə “Azərbaycan - Macarıstan əlaqələrinin inkişafında və qardaş xalqlarımızın əməkdaşlığının genişlənməsində QHT-lərin yeri və rolu” mövzusunda “Dəyirmi Masa” keçirilib.

Tədbirdə, təşkilatçı qurumlarım rəhbərləri ilə yanaşı Azərbaycan Milli Məclisinin deputatları, QHT rəhbərləri və tanınmış KİV təmsilçiləri də iştirak ediblər. ABAİ İB sədri, MM üzvü Qənirə Paşayeva, tədbirin məqsəd-məramı, ümumən Macarıstanlı qonaqların respublikamıza səfəri ilə bağlı ətraflı bilgi verərək, belə səfərlərin qarşılıqlı maraq doğuran məsələlərin ictimai müzakirəsi, fikir alış-verişi, bir-birimizi daha yaxından tanımağımız baxımından böyük önəm daşıdığını bildirdi: “...Biz macar qardaşlarımızın bu dəyərli səfəri münasibəti ilə, zəngin proqram əsasında, Bakı, Quba, Tovuz və başqa bölgələrimizdə, ayrı-ayrı auditoriyalarda maraqlı görüşlər keçirdik.”

Sözünə davam edən millət vəkili, macar nümayəndə heyətinin Azərbaycan həqiqətləri ilə, o cümlədən Xocalı soyqırımının, torpaqlarımızın işğalı faktının ölkəmizə, xalqımıza vurduğu ağır zərbələrlə canıyananlıqla tanış olduqlarını bildirdi. Macarıstanda Şuşa ilə, Ağdamla qardaşlaşmış şəhərlərin olduğuna diqqət çəkən Q.Paşayeva, onların bu səfərdən sonra bizim dostlarımız, qardaşlarımız olaraq, Macarıstanda və bütövlükdə Avropada haqq səsimizi daha geniş yayacaqlarına inandığını qeyd etdi. Xanım Paşayeva, Macarıstanın ictimai sektorunda nüfuz sahibi olan dəyərli insanların respublikamıza səfərinə dəstək verən qurum və quruluşlara, səfərin təşkilində zəhməti olan hər kəsə təşəkkür edərək, qonaqların Azərbaycandan zəngin təəsüratla gedəcəklərinə ümid etdiyini bildirdi. Bu ilin avqustunda Macarıstanda keçiriləcək növbəti Turan Qurultayına Azərbaycandan da insanların qatılacağını bildirən millət vəkili, bu kimi tədbirlərin, özəlliklə nüfuzlu QHT-lər və ziyalılar arasında yüksək səviyyəli münasibətlərin uzunmüddətli və qalıcı təsirlərə malik olmaqla fərqləndiyini dedi. Macar nümayəndə heyətinin başçısı, Macar Turan Vəqfinin başqanı Androş Biro səfərin artıq bugünədək gerçəkləşmiş hissəsindən duyduqları məmnuniyyəti dilə gətirirək, Macarıstan – Azərbaycan münasibətlərinin dünəni, bügünü və gələcəyi mövzusunda fikirlərini bölüşdü. O və macar nümayəndə heyətinin digər üzvləri bildirdilər ki, Azərbaycan və macar xalqlarını tərəfdaş münasibətlər deyil, qohumluq əlaqələri bağlayır və macar xalqı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalması ilə bağlı, ümumən Azərbaycan həqiqətlərinin Macarıstanda və bütövlükdə Avropada geniş yayılmasında əllərindən gələn dəstəyi göstərməyi qardaşlıq borcu sayırlar: “Qarabağ mövzusunda Azərbaycanlı qardaşlarımızın yanındayıq və bu məhz ədalətin yanında olmaqdır! – deyə düşünürük.”

{img2}{img3}ATXƏM sədri İlham İsmayılov çıxışında bildirmişdir ki, Azərbaycanla Macarıstan arasında siyasi münasibətlərin yüksək səviyyədə olmaqla yanaşı, dostluq, qarşılıqlı maraqlar prinsiplərinə əsaslanır. "İqtisadi və digər sahələrdə ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi üçün böyük potensial imkanlar vardır. Neçə illərdir Azərbaycan-Macarstan arasında qarşılıqlı biznes forumların təşkil olunması ölkələrimiz arasında etimad və investisya qoyuluşlarını da ilbəil sürətləndirməkdədir. Hətta Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyası da fəaliyyət göstərməkdədir. Aqrar və turizm sahəsində əməkdaşlıqlarımız getdikcə daha da inkişaf etməkdədir.

İlham İsmayılov qeyd etmişdir ki, Macarstan Azərbaycanın Dağlıq Qarabağ probleminin ədalətli həllində ölkəmizi dəstəkləyən dost qardaş ölkələrdən biridir. "Hətta iki il əvvəl Macarıstan parlamentinə Dağlıq Qarabağda ermənilərin azərbaycanlılara qarşı törətdiyi kütləvi qətllərlə bağlı qərar layihəsi də təqdim edildi. Macarstan parlamenti Xocalıda törədilən soyqırım faktının dünyada tanıdılmasında öz ədalətli mövqei ilə tanınır. Biz QHT təmsilçiləri olaraq ölkələrimiz arasında olan bu gözəl münasibətlərin inkişaf etdirilməsində daha fəal rol almalıyıq. Bu əlaqələrin inkişafı hər iki dövlət maraqlarındadır. Ötən il Macarstan Parlamentinin vitse-spikeri cənab Şandor Lejak rəhbəri olduğum ATXƏM-ə məktubla müraciət edərək əməkdaşlıqda maraqlı olduqlarını bildirmişdir. Avqust ayında Macarstanda Böyük Hun-Turk Qurultayı keçiriləcək. Bu qurultayı təşkil edən Macar Turan Fondu Turk xalqlarının birliyinin yaranması üçün böyük işlər görür. Bu işlərin həyata keçməsində təşkilat olaraq Həmin fondla əməkdaşlıq etməkdə maraqlıyıq. Ümid edirəm ki, gələcəkdə Macar Turan Fondu ilə birgə ortaq layihələr də həyata keçirəcəyik".
URL / WWW
http://atxem.az/news/a-15404.html