Axtarış: 
Macar-Turan Vəqfinin nümayəndələri Azərbaycanda oldular
+  -  Çap 
Yerləşdirilib: 13.06.14 | Baxılıb: 2139
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


İyunun 11-də Beynəlxalq Mətbuat Mərkəzində “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşkilatçılığı, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə Azərbaycanda səfərdə olan Macar Turan Vəqfinin nümayəndələri və Macarıstanın aydınları, sənətçi və media mənsublarından ibarət nümayəndə heyətinin iştirakı ilə “Azərbaycan - Macarıstan əlaqələrinin inkişafında və qardaş xalqlarımızın əməkdaşlığının genişlənməsində QHT-lərin yeri və rolu” mövzusunda “Dəyirmi Masa” keçirilib.

Tədbirdə, təşkilatçı qurumlarım rəhbərləri ilə yanaşı Azərbaycan Milli Məclisinin deputatları, QHT rəhbərləri və tanınmış KİV təmsilçiləri də iştirak ediblər. ABAİ İB sədri, MM üzvü Qənirə Paşayeva, tədbirin məqsəd-məramı, ümumən Macarıstanlı qonaqların respublikamıza səfəri ilə bağlı ətraflı bilgi verərək, belə səfərlərin qarşılıqlı maraq doğuran məsələlərin ictimai müzakirəsi, fikir alış-verişi, bir-birimizi daha yaxından tanımağımız baxımından böyük önəm daşıdığını bildirdi: “...Biz macar qardaşlarımızın bu dəyərli səfəri münasibəti ilə, zəngin proqram əsasında, Bakı, Quba, Tovuz və başqa bölgələrimizdə, ayrı-ayrı auditoriyalarda maraqlı görüşlər keçirdik.”

Sözünə davam edən millət vəkili, macar nümayəndə heyətinin Azərbaycan həqiqətləri ilə, o cümlədən Xocalı soyqırımının, torpaqlarımızın işğalı faktının ölkəmizə, xalqımıza vurduğu ağır zərbələrlə canıyananlıqla tanış olduqlarını bildirdi. Macarıstanda Şuşa ilə, Ağdamla qardaşlaşmış şəhərlərin olduğuna diqqət çəkən Q.Paşayeva, onların bu səfərdən sonra bizim dostlarımız, qardaşlarımız olaraq, Macarıstanda və bütövlükdə Avropada haqq səsimizi daha geniş yayacaqlarına inandığını qeyd etdi. Xanım Paşayeva, Macarıstanın ictimai sektorunda nüfuz sahibi olan dəyərli insanların respublikamıza səfərinə dəstək verən qurum və quruluşlara, səfərin təşkilində zəhməti olan hər kəsə təşəkkür edərək, qonaqların Azərbaycandan zəngin təəsüratla gedəcəklərinə ümid etdiyini bildirdi. Bu ilin avqustunda Macarıstanda keçiriləcək növbəti Turan Qurultayına Azərbaycandan da insanların qatılacağını bildirən millət vəkili, bu kimi tədbirlərin, özəlliklə nüfuzlu QHT-lər və ziyalılar arasında yüksək səviyyəli münasibətlərin uzunmüddətli və qalıcı təsirlərə malik olmaqla fərqləndiyini dedi. Macar nümayəndə heyətinin başçısı, Macar Turan Vəqfinin başqanı Androş Biro səfərin artıq bugünədək gerçəkləşmiş hissəsindən duyduqları məmnuniyyəti dilə gətirirək, Macarıstan – Azərbaycan münasibətlərinin dünəni, bügünü və gələcəyi mövzusunda fikirlərini bölüşdü. O və macar nümayəndə heyətinin digər üzvləri bildirdilər ki, Azərbaycan və macar xalqlarını tərəfdaş münasibətlər deyil, qohumluq əlaqələri bağlayır və macar xalqı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalması ilə bağlı, ümumən Azərbaycan həqiqətlərinin Macarıstanda və bütövlükdə Avropada geniş yayılmasında əllərindən gələn dəstəyi göstərməyi qardaşlıq borcu sayırlar: “Qarabağ mövzusunda Azərbaycanlı qardaşlarımızın yanındayıq və bu məhz ədalətin yanında olmaqdır! – deyə düşünürük.”

ATXƏM sədri İlham İsmayılov çıxışında bildirmişdir ki, Azərbaycanla Macarıstan arasında siyasi münasibətlərin yüksək səviyyədə olmaqla yanaşı, dostluq, qarşılıqlı maraqlar prinsiplərinə əsaslanır. "İqtisadi və digər sahələrdə ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi üçün böyük potensial imkanlar vardır. Neçə illərdir Azərbaycan-Macarstan arasında qarşılıqlı biznes forumların təşkil olunması ölkələrimiz arasında etimad və investisya qoyuluşlarını da ilbəil sürətləndirməkdədir. Hətta Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyası da fəaliyyət göstərməkdədir. Aqrar və turizm sahəsində əməkdaşlıqlarımız getdikcə daha da inkişaf etməkdədir.

İlham İsmayılov qeyd etmişdir ki, Macarstan Azərbaycanın Dağlıq Qarabağ probleminin ədalətli həllində ölkəmizi dəstəkləyən dost qardaş ölkələrdən biridir. "Hətta iki il əvvəl Macarıstan parlamentinə Dağlıq Qarabağda ermənilərin azərbaycanlılara qarşı törətdiyi kütləvi qətllərlə bağlı qərar layihəsi də təqdim edildi. Macarstan parlamenti Xocalıda törədilən soyqırım faktının dünyada tanıdılmasında öz ədalətli mövqei ilə tanınır. Biz QHT təmsilçiləri olaraq ölkələrimiz arasında olan bu gözəl münasibətlərin inkişaf etdirilməsində daha fəal rol almalıyıq. Bu əlaqələrin inkişafı hər iki dövlət maraqlarındadır. Ötən il Macarstan Parlamentinin vitse-spikeri cənab Şandor Lejak rəhbəri olduğum ATXƏM-ə məktubla müraciət edərək əməkdaşlıqda maraqlı olduqlarını bildirmişdir. Avqust ayında Macarstanda Böyük Hun-Turk Qurultayı keçiriləcək. Bu qurultayı təşkil edən Macar Turan Fondu Turk xalqlarının birliyinin yaranması üçün böyük işlər görür. Bu işlərin həyata keçməsində təşkilat olaraq Həmin fondla əməkdaşlıq etməkdə maraqlıyıq. Ümid edirəm ki, gələcəkdə Macar Turan Fondu ilə birgə ortaq layihələr də həyata keçirəcəyik".

VIDEO
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
Xeyirxah tənha qalmaz... - 15.07.2024
 
 El bir olsa,zərbi kərən sındırar. Atalar sözü. - 14.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Okt.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   

Gündüz: +13.. +15dumanlı yağmursuz
Axşam: +12.. +14buludlu yağmursuz
Gecə: +11.. +13dəyişkən buludlu yağmursuz
Səhər: +13.. +15aydn yağmursuz
Atm. təziyi: 769
Rütübət: 74 %


free counters

2024 www.atxem.az
Powered by Danneo