Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » ATXƏM Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universiteti ilə əməkdaşlıq müqaviləsi imzaladı
10.07.14 03:21



Azərbaycanda səfərdə olan Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Unversitetinin yetkililəri - Ayabek Bayniyazov və Bülənt Şən iyulun 7-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzində (ATXƏM) qonaq oldular.

Görüşdə qonaqlar Türk dünyasının ortaq Universiteti olan və bütün Türk dünyasından tələbələrin təhsil aldığı Universitetin ATXƏM-lə əməkdaşlıqda maraqlı olduqlarını bildirmişlər. Qonaqlar ATXƏM sədri İlham İsmayılova Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Unversitetinin prezidenti, professor Valixan Abdibekovun Azərbaycanda tərəfdaş olaraq ATXƏM-lə rəsmi əməkdaşlıq müqaviləsi bağlamaq təklifini çatdırmışlar. ATXƏM sədri bu təklifi qəbul edərək, daha öncədən razılaşdırılmış qaydada Universitetlə əməkdaşlıq müqaviləsini imzalamışdır.

{img1}{img2}Rəsmi əməkdaşlıq müqaviləsinə əsasən ATXƏM hər Azərbaycan vətəndaşı olan tələbələrin Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Unversitetində təhsil alması üçün seçim gerçəkləşdirərək, tələbələrin təhsil alması üçün Universitetə göndərəcək. 2014-15-ci tədris ili üçün artıq bu müqavilə çərçivəsində Azərbaycandan 18 nəfər tələbənin sənədləri Unversitetə göndərilib. Seçimlərdə aztəminatlı ailələrdən və cəbhə bölgəsindən olan tələbələrə imkan yaradılmasına həssaslıqla yanaşılıb.

Universitetin Azərbaycandakı təmsilçiliyi ATXƏM-in icra katibi və "Birlik" jurnalının baş redaktoru İlqar İlkinə həvalə olunub.

{img3}Qeyd edək ki, Qazaxstan və Türkiyə dövlətinin birgə layihəsi olan Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Unversitetində Azərbaycandan göndərilən tələbələr Qazaxstan və Türkiyənin dövlət hesabına təhsil alacaqlar. 1992-ci ildə Cənubi Qazaxstanın Türkistan şəhərində Qazaxstan və Türkiyə dövlətinin birgə yaratmış olduğu Unversitetdə bütün Türk topluluqlarından olmaqla (29 ölkədən) 16 mindən çox tələbə təhsil almaqdadır.

ATXƏM-in Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15405.html