Axtarış: 
ATXƏM Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universiteti ilə əməkdaşlıq müqaviləsi imzaladı
+  -  Çap 
Yerləşdirilib: 10.07.14 | Baxılıb: 2848
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Azərbaycanda səfərdə olan Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Unversitetinin yetkililəri - Ayabek Bayniyazov və Bülənt Şən iyulun 7-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzində (ATXƏM) qonaq oldular.

Görüşdə qonaqlar Türk dünyasının ortaq Universiteti olan və bütün Türk dünyasından tələbələrin təhsil aldığı Universitetin ATXƏM-lə əməkdaşlıqda maraqlı olduqlarını bildirmişlər. Qonaqlar ATXƏM sədri İlham İsmayılova Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Unversitetinin prezidenti, professor Valixan Abdibekovun Azərbaycanda tərəfdaş olaraq ATXƏM-lə rəsmi əməkdaşlıq müqaviləsi bağlamaq təklifini çatdırmışlar. ATXƏM sədri bu təklifi qəbul edərək, daha öncədən razılaşdırılmış qaydada Universitetlə əməkdaşlıq müqaviləsini imzalamışdır.

Rəsmi əməkdaşlıq müqaviləsinə əsasən ATXƏM hər Azərbaycan vətəndaşı olan tələbələrin Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Unversitetində təhsil alması üçün seçim gerçəkləşdirərək, tələbələrin təhsil alması üçün Universitetə göndərəcək. 2014-15-ci tədris ili üçün artıq bu müqavilə çərçivəsində Azərbaycandan 18 nəfər tələbənin sənədləri Unversitetə göndərilib. Seçimlərdə aztəminatlı ailələrdən və cəbhə bölgəsindən olan tələbələrə imkan yaradılmasına həssaslıqla yanaşılıb.

Universitetin Azərbaycandakı təmsilçiliyi ATXƏM-in icra katibi və "Birlik" jurnalının baş redaktoru İlqar İlkinə həvalə olunub.

Qeyd edək ki, Qazaxstan və Türkiyə dövlətinin birgə layihəsi olan Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Unversitetində Azərbaycandan göndərilən tələbələr Qazaxstan və Türkiyənin dövlət hesabına təhsil alacaqlar. 1992-ci ildə Cənubi Qazaxstanın Türkistan şəhərində Qazaxstan və Türkiyə dövlətinin birgə yaratmış olduğu Unversitetdə bütün Türk topluluqlarından olmaqla (29 ölkədən) 16 mindən çox tələbə təhsil almaqdadır.

ATXƏM-in Mətbuat xidməti

VIDEO
İtkinlərin taleyi təkcə fərdlərin problemi deyil, bu bir humanitar problemdir - 31.08.2026
 
Nəqliyyat qovşağına çevrilən Naxçıvan-Türk dünyasının inteqrasiyasında mühüm faktor kimi - 13.08.2026
 
Uşaqların zərərli informasiyalardan qorunması istiqamətində atılan mühüm addım - 06.08.2026
 
Prezident İlham Əliyevin Qırğızıstan səfəri Türk dünyasının inteqrasiyasının sürətlənməsində mühüm addım kimi - 01.08.2026
 
Türk dünyasının sevilən şairi Nəriman Həsənzadənin xatirəsi daim qəlbimizdə yaşayacaq - 02.08.2026
 
Qafqaz İslam Ordusunun Azərbaycanı erməni-bolşevik quldur dəstələrindən azad etməsinin ildönümü münasibətilə İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi Azərbaycana səfər etmişdir - 23.08.2026
 
 
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo