Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» Regionlarda narkomaniya ilə bağlı silsilə tədbirlər keçirilib
26.10.15 10:16
ATXƏM sədri narkomaniyaya qarşı mübarizə üsullarından danışıb
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dövlət quruculuğu, siyasi, iqtisadi, sosial və başqa sahələrdə gedən inkişaf və aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və QHT-lərin səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixitrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” na uyğun olaraq ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsini tənzimləyən hüquqi baza yaradılmış, təkmilləşdirilmiş, onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli iş görülmüşdür.
{img1}Bu bəlaya qarşı təbliğatın gücləndirilməsində QHT-lərin də rolu böyükdür. Bu məqsədlə 20-21 oktyabr tarixlərində Oğuz, Qəbələ və Balakən rayonlarında rayon icra hakimiyyətləri və QHT nümayəndələrinin iştirakı ilə “Narkomaniyaya yox deyək! ” adlı silsilə tədbirlər keçirilmişdir.
Belə ki, 20 oktyabr 2015-ci ildə Oğuz Rayon Təhsil şöbəsinin akt zalında Azərbaycan Respublikası Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissisiyası və Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən elmi-praktik konfrans keçirilmişdir.
Eyni gündə Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində Azərbaycan Milli QHT Forumu və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının İşçi qrupu ilə birgə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” çərçivəsində “Narkomaniyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbir keşirilmişdir.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının sədri Abil Ağasəfov açaraq mövzunun aktuallığı və bu istiqamətdə rayonda görülən işlər barədə ətraflı danışmışdır. Sonra Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Vasif Quliyev, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, “Çıraq” Psixoloji Araşdırma və Dəstək Mərkəzinin sədri Vüsalə Xəlilova, Milli QHT Forumunun prezidenti, Dövlət Komissiyasının üzvü Rauf Zeyni, Qəbələ Rayon Polis Şöbəsi cinayət-axtarış bölməsinin rəisi polkovnik-leytenant Azər Cəfərov mövzu ətrafında çıxış etmişlər. Onlar respublikamızda bu sahədə həyata keçirilən tədbirlər haqqında yığıncaq işrirakçılarını məlumatlandırmış, hər bir ölkə vətəndaşını narkomaniyaya qarşı mübarizədə fəal təbliğatçı olmağa çağırmışlar.
URL / WWW
http://atxem.az/news/a-15444.html