Axtarış: 
Regionlarda narkomaniya ilə bağlı silsilə tədbirlər keçirilib
+  -  Çap 
Yerləşdirilib: 26.10.15 | Baxılıb: 2239
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


ATXƏM sədri narkomaniyaya qarşı mübarizə üsullarından danışıb

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dövlət quruculuğu, siyasi, iqtisadi, sosial və başqa sahələrdə gedən inkişaf və aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və QHT-lərin səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixitrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı" na uyğun olaraq ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsini tənzimləyən hüquqi baza yaradılmış, təkmilləşdirilmiş, onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli iş görülmüşdür.

Bu bəlaya qarşı təbliğatın gücləndirilməsində QHT-lərin də rolu böyükdür. Bu məqsədlə 20-21 oktyabr tarixlərində Oğuz, Qəbələ və Balakən rayonlarında rayon icra hakimiyyətləri və QHT nümayəndələrinin iştirakı ilə "Narkomaniyaya yox deyək! " adlı silsilə tədbirlər keçirilmişdir.

Belə ki, 20 oktyabr 2015-ci ildə Oğuz Rayon Təhsil şöbəsinin akt zalında Azərbaycan Respublikası Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissisiyası və Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən elmi-praktik konfrans keçirilmişdir.

Eyni gündə Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində Azərbaycan Milli QHT Forumu və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının İşçi qrupu ilə birgə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı" çərçivəsində "Narkomaniyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu" mövzusunda tədbir keşirilmişdir.

Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının sədri Abil Ağasəfov açaraq mövzunun aktuallığı və bu istiqamətdə rayonda görülən işlər barədə ətraflı danışmışdır. Sonra Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Vasif Quliyev, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, "Çıraq" Psixoloji Araşdırma və Dəstək Mərkəzinin sədri Vüsalə Xəlilova, Milli QHT Forumunun prezidenti, Dövlət Komissiyasının üzvü Rauf Zeyni, Qəbələ Rayon Polis Şöbəsi cinayət-axtarış bölməsinin rəisi polkovnik-leytenant Azər Cəfərov mövzu ətrafında çıxış etmişlər. Onlar respublikamızda bu sahədə həyata keçirilən tədbirlər haqqında yığıncaq işrirakçılarını məlumatlandırmış, hər bir ölkə vətəndaşını narkomaniyaya qarşı mübarizədə fəal təbliğatçı olmağa çağırmışlar.

VIDEO
Saxta milli qəhrəmanların taleyi hər zaman acınacaqlı olur - 05.04.2026
 
Vətənimizin, Bakımızın divarlarının, hər bir daşının qədrini bilməliyik - 03.04.2026
 
Siyasi inteqrasiyadan iqtisadi inteqrasiyaya - 02.04.2026
 
AFTV- Milli Məclisdə ETİRAZ: Dövlətdən oğurluq edən həbsxanaya yox, vəzifəyə gedir -  Ilham İsmayılov ilə müzakirə
 
Murad Mirzəyev-Gənc nəsil üçün vətənpərvərlik nümunəsi - 02.04.2026
 
31 mart kimi soyqırımlarını yenidən yaşamamaq üçün milli ruh oyanıq, vətənpərvərlik hissi güclü olmalıdır - 31.03.2026
 
Azərbaycan Mədəniyyətinə böyük itki üz vermişdir 29.03.2026
 
Milli mentalitetimiz ailə dəyərlərinə hörməti özündə ehtiva edir - 18.03.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« May.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo