Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» ATXƏM sədri Qırğızıstan səfirliyini ziyarət etdi
21.01.16 12:16
Bu gün Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Qırğızıstan Respublikasının Azərbaycandakı səfiri Aidjigit Buranovla görüşüb.
Səfirin dəvəti üzərinə baş tutan görüşdə səfir ATXƏM-in fəaliyyəti ilə yaxından tanış olmaq istədiyini bildirərək, türk dünyası QHT-ləri arasında əməkdaşlıq imkanlarının vəziyyəti ilə də maraqlanıb. Azərbaycan-Qırğızıstan arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirən səfir, bu əlaqələrin ictimai təşkilatlar səviyyəsində də inkişaf etdirilməsinin vacib olduğunu bildirib: "Eyni tarixi köklərə bağlı olan türk xalqları olaraq, əməkdaşlığımızı hər sahədə dərinləşdirməliyik. Ümid edirəm ki, Türk Geneşi çərçivəsində türk xalqları arasındakı münasibətlər, eləcə də ictimai təşkilatların aktiv fəaliyyəti bizim türk xalqları olaraq birgə inşa edəcəyimiz gələcəyə öz müsbət təsirini göstərəcək".
{img1}ATXƏM sədri İlham İsmayılov təşkilatın fəaliyyəti ilə bağlı səfirə geniş məlumat verərək, bildirdi ki, Orta Asiyadakı türk dövlətləri ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün diplomatik nümayəndəliklərin də üzərinə böyük məsuliyyət düşür: "Hər iki qardaş xalqlar arasında əlaqələrin inkişaf etdirilməsi üçün mədəni tədbirlərin keçirilməsi, qarşılıqlı səfərlərin təşkili olduqca vacibdir".
Görüşün sonunda Azərbaycan-Qırğızsıstan ictimai təşkilatlar arasında birgə layihələrin işlənib hazırlanması üçün əməkdaşlığın davam etdirilməsi və belə görüşlərin mütamadi olaraq keçirilməsi qərara alındı.
URL / WWW
http://atxem.az/news/a-15449.html