Axtarış: 
ATXƏM sədri Qırğızıstan səfirliyini ziyarət etdi
+  -  Çap 
Yerləşdirilib: 21.01.16 | Baxılıb: 2250
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Bu gün Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Qırğızıstan Respublikasının Azərbaycandakı səfiri Aidjigit Buranovla görüşüb.

Səfirin dəvəti üzərinə baş tutan görüşdə səfir ATXƏM-in fəaliyyəti ilə yaxından tanış olmaq istədiyini bildirərək, türk dünyası QHT-ləri arasında əməkdaşlıq imkanlarının vəziyyəti ilə də maraqlanıb. Azərbaycan-Qırğızıstan arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirən səfir, bu əlaqələrin ictimai təşkilatlar səviyyəsində də inkişaf etdirilməsinin vacib olduğunu bildirib: "Eyni tarixi köklərə bağlı olan türk xalqları olaraq, əməkdaşlığımızı hər sahədə dərinləşdirməliyik. Ümid edirəm ki, Türk Geneşi çərçivəsində türk xalqları arasındakı münasibətlər, eləcə də ictimai təşkilatların aktiv fəaliyyəti bizim türk xalqları olaraq birgə inşa edəcəyimiz gələcəyə öz müsbət təsirini göstərəcək".

ATXƏM sədri İlham İsmayılov təşkilatın fəaliyyəti ilə bağlı səfirə geniş məlumat verərək, bildirdi ki, Orta Asiyadakı türk dövlətləri ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün diplomatik nümayəndəliklərin də üzərinə böyük məsuliyyət düşür: "Hər iki qardaş xalqlar arasında əlaqələrin inkişaf etdirilməsi üçün mədəni tədbirlərin keçirilməsi, qarşılıqlı səfərlərin təşkili olduqca vacibdir".

Görüşün sonunda Azərbaycan-Qırğızsıstan ictimai təşkilatlar arasında birgə layihələrin işlənib hazırlanması üçün əməkdaşlığın davam etdirilməsi və belə görüşlərin mütamadi olaraq keçirilməsi qərara alındı.

VIDEO
İtkinlərin taleyi təkcə fərdlərin problemi deyil, bu bir humanitar problemdir - 31.08.2026
 
Nəqliyyat qovşağına çevrilən Naxçıvan-Türk dünyasının inteqrasiyasında mühüm faktor kimi - 13.08.2026
 
Uşaqların zərərli informasiyalardan qorunması istiqamətində atılan mühüm addım - 06.08.2026
 
Prezident İlham Əliyevin Qırğızıstan səfəri Türk dünyasının inteqrasiyasının sürətlənməsində mühüm addım kimi - 01.08.2026
 
Türk dünyasının sevilən şairi Nəriman Həsənzadənin xatirəsi daim qəlbimizdə yaşayacaq - 02.08.2026
 
Qafqaz İslam Ordusunun Azərbaycanı erməni-bolşevik quldur dəstələrindən azad etməsinin ildönümü münasibətilə İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi Azərbaycana səfər etmişdir - 23.08.2026
 
 
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo