Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» İLHAM İSMAYILOV: "DAĞLIQ QARABAĞ MÜHARİBƏSİNDƏKİ QƏLƏBƏMİZ TÜRK XALQLARININ PROBLEMLƏRİNİN ÇÖZÜMÜNDƏ AÇAR ROLUNU OYNAYACAQ"
04.04.16 13:33
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində atəşkəs elan olunduqdan sonra keçən 20 illik vaxt ərzidə ilk dəfədir ki, ordumuz istər psixoloji, istərsə də təchizat və hazırlıq baxımından nə qədər üstün olduğunu nümayiş etdirə bildi. Ermənilərin cəbhə bölgəsində növbəti dəfə törətmək istədikləri təxribata layiqli cavab verən ordumuz öz potensial gücünü nümayiş etdirməklə yanaşı, bir həmlədəcə erməni ordusunun necə darmadağın olduğunu da açıqca ortaya qoymuş oldu".
Bu sözləri Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Azərbaycan ordusunun aprelin 2-nə keçən gecə cəbhə bölgəsində göstərdiyi şücaət haqqında danışarkən bildirib.
ATXƏM sədri bildirib ki, ordumuzun qısa zaman ərzində düşməni layiqli bir şəkildə cəzalandırması, vacib strateji yüksəklikləri ələ keçirməsi və bir neçə yaşayış məntəqəmizin geri alınması Azərbaycan xalqında qələbəyə inam hissini daha da artırıb, bütün xalqımız bir nəfər kimi qələbə əhval-ruhiyyəsinə köklənib: "Biz kiçik də olsa qələbə qazanmışıq, amma həm də Ermənistan ordusunun cəbhənin ön xəttinin yarılmasının mümkünsüzlüyü haqqında neçə ildir ki, formalaşdırmış olduğu fikirlərin tam əsassız olduğunu görürük. İndi bu gerçəkliyi ordumuz daha yaxşı hiss edir və bütün psixoloji üstünlüyü də tam əlinə alıb. Sevindirici haldır ki, bu qələbənin dadı bütün xalqımızı, siyasi dünyagörüşündən asılı olmayaraq hər kəsi eyni arzu və istəyə kökləyib. Artıq ordumuzdakı kimi xalqımız arasında da böyük ruh yüksəkliyi hökm sürür ki, bu bizə cəmiiyət olaraq çox vacib amil idi. Biz Azərbaycan xalqı olaraq tam üstünlüyü ələ almışıq və hamımız bir nəfər kimi Ali baş komandanın əmrinə müntəzir dayanmışıq".
İlham İsmayılov Qarabağda başlamış olan bu savaşın bütün Türk dünyasında da böyük həyacan və coşğuyla izlənildiyini qeyd edib: "Təsəvvür edin bütün Türk dünyasından, dünyanın dörd bir tərəfində fəaliyyət göstərən türk xalqlarının diaspora təmsilçiləri bizə müraciətlər edir, bizimlə bir yerdə olduqlarını, onlar da savaşa qatılmaq istədiklərini bildirirlər. Çünki artıq bütün Türk dünyası anlayır ki, türk xalqlarının problemlərinin çözümündə Qarabağ müharibəsindəki qələbəmiz açar rolunu oynayacaq. Qarabağda qazanacağımız qələbə bütün Türk dünyasının önünü açacaq, bizim real birliyimizə təkan verəcək. Cəbhədə iki gündə baş verənlər Güney Azərbaycanda böyük həyəcanla izlənildi, oradakı soydaşlarımızı ayağa qaldırdı. Hətta bəzi soydalarımızın Araz boyu toplaşaraq dəstək nümayiş etdirmələri xəbərlərini də alırıq. Təbrizli qardaşlarımız artıq "Azərbaycan əsgəriyəm” deyə dəstək nümayiş etdirirlər. Bütün bunlar isə bizim yalnız olmadığımızı, haqq işimizə bütün türk dünyasının dəstək verdiyinə, onların da haqlı davamıza sahib çıxdıqlarına bir sübutdur".
"Şərq qəzeti", 04.04.2016
URL / WWW
http://atxem.az/news/a-15454.html