Axtarış: 
İLHAM İSMAYILOV: "DAĞLIQ QARABAĞ MÜHARİBƏSİNDƏKİ QƏLƏBƏMİZ TÜRK XALQLARININ PROBLEMLƏRİNİN ÇÖZÜMÜNDƏ AÇAR ROLUNU OYNAYACAQ"
+  -  Çap 
Yerləşdirilib: 04.04.16 | Baxılıb: 2268
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində atəşkəs elan olunduqdan sonra keçən 20 illik vaxt ərzidə ilk dəfədir ki, ordumuz istər psixoloji, istərsə də təchizat və hazırlıq baxımından nə qədər üstün olduğunu nümayiş etdirə bildi. Ermənilərin cəbhə bölgəsində növbəti dəfə törətmək istədikləri təxribata layiqli cavab verən ordumuz öz potensial gücünü nümayiş etdirməklə yanaşı, bir həmlədəcə erməni ordusunun necə darmadağın olduğunu da açıqca ortaya qoymuş oldu".

Bu sözləri Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Azərbaycan ordusunun aprelin 2-nə keçən gecə cəbhə bölgəsində göstərdiyi şücaət haqqında danışarkən bildirib.

ATXƏM sədri bildirib ki, ordumuzun qısa zaman ərzində düşməni layiqli bir şəkildə cəzalandırması, vacib strateji yüksəklikləri ələ keçirməsi və bir neçə yaşayış məntəqəmizin geri alınması Azərbaycan xalqında qələbəyə inam hissini daha da artırıb, bütün xalqımız bir nəfər kimi qələbə əhval-ruhiyyəsinə köklənib: "Biz kiçik də olsa qələbə qazanmışıq, amma həm də Ermənistan ordusunun cəbhənin ön xəttinin yarılmasının mümkünsüzlüyü haqqında neçə ildir ki, formalaşdırmış olduğu fikirlərin tam əsassız olduğunu görürük. İndi bu gerçəkliyi ordumuz daha yaxşı hiss edir və bütün psixoloji üstünlüyü də tam əlinə alıb. Sevindirici haldır ki, bu qələbənin dadı bütün xalqımızı, siyasi dünyagörüşündən asılı olmayaraq hər kəsi eyni arzu və istəyə kökləyib. Artıq ordumuzdakı kimi xalqımız arasında da böyük ruh yüksəkliyi hökm sürür ki, bu bizə cəmiiyət olaraq çox vacib amil idi. Biz Azərbaycan xalqı olaraq tam üstünlüyü ələ almışıq və hamımız bir nəfər kimi Ali baş komandanın əmrinə müntəzir dayanmışıq".

İlham İsmayılov Qarabağda başlamış olan bu savaşın bütün Türk dünyasında da böyük həyacan və coşğuyla izlənildiyini qeyd edib: "Təsəvvür edin bütün Türk dünyasından, dünyanın dörd bir tərəfində fəaliyyət göstərən türk xalqlarının diaspora təmsilçiləri bizə müraciətlər edir, bizimlə bir yerdə olduqlarını, onlar da savaşa qatılmaq istədiklərini bildirirlər. Çünki artıq bütün Türk dünyası anlayır ki, türk xalqlarının problemlərinin çözümündə Qarabağ müharibəsindəki qələbəmiz açar rolunu oynayacaq. Qarabağda qazanacağımız qələbə bütün Türk dünyasının önünü açacaq, bizim real birliyimizə təkan verəcək. Cəbhədə iki gündə baş verənlər Güney Azərbaycanda böyük həyəcanla izlənildi, oradakı soydaşlarımızı ayağa qaldırdı. Hətta bəzi soydalarımızın Araz boyu toplaşaraq dəstək nümayiş etdirmələri xəbərlərini də alırıq. Təbrizli qardaşlarımız artıq "Azərbaycan əsgəriyəm" deyə dəstək nümayiş etdirirlər. Bütün bunlar isə bizim yalnız olmadığımızı, haqq işimizə bütün türk dünyasının dəstək verdiyinə, onların da haqlı davamıza sahib çıxdıqlarına bir sübutdur".

"Şərq qəzeti", 04.04.2016

VIDEO
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində
 
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər - 09.12.2025
 
İraq Türkman Tayfaları və Görkəmliləri Məclisi - 09.12.2025
 
Iraqda silsilə tədbirlər keçirilmişdir  - 08.12.2025
 
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək - 24.11.2025
 
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur - 23.11.2025
 
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələr çoxşaxəli tarixi, mədəni və siyasi əsaslara malikdir - 17.11.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Dek.2025»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Gündüz: +10.. +12buludlu yağmursuz
Axşam: +7.. +9dəyişkən buludlu yağmursuz
Gecə: +7.. +9buludlu yağmursuz
Səhər: +6.. +8dumanlı yağmursuz
Atm. təziyi: 764 μμ
Rütübət: 84 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo