Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Salyan rayonunda narkomaniya ilə bağlı tədbir keçirilib
26.05.16 12:18



May ayının 24-də Salyan rayon polis idarəsi, Salyan rayon təhsil şöbəsi ilə birlikdə rayonun Sarvan kəndində Sarvan, Şorsulu, Qızılağac, Boranıkənd, Dayıkənd kənd tam-orta, Quyçu, Şorsulu kənd ümumi orta məktəblərinin şagirdlərinə "Narkomaniyaya yox deyək!", "Dini radikalizim" və " Erkən nigahın fəsadları" adı altında tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən Salyan rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov qeyd etmişdir ki, ümumilikdə cənub bölgəsində daha çox rast gəlinən erkən nigah problemləri təssüf ki, Salyan rayonu ərazisində də müşahidə olunur."Bu problemin qarşısının alınması üçün vaideynlər arasında maarifləndirmə işinin gücləndirilməsi, qanunvericilikdə nəzərdə tutulmuş inzibati nəzarətin gücləndirilməsi, eyni zamanda ictimai qınaq metodlarından da istifadə olunmalıdır. Hesab edirəm ki, erkən nigahların baş verməsi həm də təhsildən yayınma hallarına görə baş verir və bu problemin həll olunması üçün təhsilə çox böyük önəm verilməlidir".

{img2}{img1}Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov çıxışında bildirdi ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ümumilikdə cənub bölgəsində geniş yayıldığından Salyan rayonu da narkomaniyadan "öz nəsibini" alıb: "Bu günkü çıxışlardan da gördüyümüz kimi narkomaniya elə bir bəladır ki, onun törətdiyi fəsadların statistikası günü-gündən daha da artmaqdadır. Doğrudur, respublikamızda gənclərin zərərli vərdişlərdən, xüsusilə narkotik vasitələrin istifadəsindən uzaqlaşdırılması istiqamətində tədbirlər görulür, güc strukturları bu problemin həll olunması üçün öz effektiv mübarizələrini hər gün daha da artırırlar.

{img4}{img3} ATXƏM sədri qeyd edib ki, “ağ ölüm” adlandırdığımız bu bəladan xilas olmaq əvəzinə, qarşımızda günü-gündən daha da şəbəkələşmiş, daha çox gənci zəhərləməkdə olan bir bəla ilə qarşı-qarşıyayıq. "Bu bəla artıq elə bir mərhələyə qədəm qoyub ki, hesab edirəm ki, bu məsələdə güc strukturları ilə yanaşı geniş ictimayyət nümayəndələrinin, QHT-lərin, ziyalıların da səfərbər olunmasına zərurət yaranmışdır".

İlham İsmayılov bildirib ki, öz nizamnaməsində gənclərin vətənpərvərlik ruhunun artırılmasına xidmət edən bir təşkilat rəhbəri olaraq söhbət millətin gələcəyindən, sağlam gəncliyimizin zəhərlənməsindən gedirsə təbii ki biz də bir təşkilat olaraq bu mübarizədə öz yerimizi tutmağı, aidiyyatı orqanlarla birgə mübarizə aparmağı özümüzə bir borc bilirik: "Narkomaniyaya qarşı mübarizədə dünya təcrübəsi göstərir ki, aidiyyatı dövlət strukturları ilə ictimayyət nümayəndələrinin birgə əməkdaşlığı narkomaniyaya qarşı mübarizənin effektini daha da artırmaqdadır. Narkomaniya elə bir sosial bəladır ki, bu bəlaya qarşı mübarizədə cəmiyyətin bütün üzvləri səfərbər olunmalıdır. Biz mətbuat orqanlarında, xüsusilə televiziyalarda gəncləri bu bəladan qurtarmaq üçün reklam roliklərinə yetərincə rast gəlmirik. Təbii ki, təkcə onları məlumatlandırmaq da kifayət etmir. Narkomaniyaya qarşı mübarizdə kompleks tədbirlər planı işlənib hazırlanmalıdır".

{img5}Tədbirdə çıxış edən digər natiqlər də qeyd etmişlər ki, ayrı-ayrı aidiyyatı dövlət qurumları, yerli icra strukturları, ictimai birliklər gənclərin narkotik vasitələrə meyl göstərməsinin qarşısını almaq üçün respublikada, xüsusən də cənub bölgəsində vaxtaşırı müştərək tədbirlər hazırlayıb həyata keçirməlidir. Qeyd edilmişdir ki, naromaniyanın qarşısını almaq üçün aidiyyatı qurumlarla (xüsusilə sahə müvəkilləri) ictimayyət nümayəndələrinin və təhsil müəssələri rəhbərlərinin mütamadi görüşləri keçirilməli, bununla bağlı qaynar xətt yaradılmalı (gizlilik qorunmaqla bütün zənglərə reaksiya verilməli), narkoticarətlə məşğul olan şəxslərə qarşı sərt tədbirlər görülməlidir.

***


{img7}{img6}İyun ayının 1-də eyniadlı tədbir rayonun Qaraçala qəsəbəsində keçirilmişdir. Tədbirdə Pambıqkənd, Qarabağlı 1, Qarabağlı 2 kənd tam orta, Çadırlı, Arxarası orta məktəbinin müəllim və şagirdləri qatılmışlar. Tədbirdə çıxış edən natiqlər Dini radikalizimin törətdiyi fəsadlardan danışıb, gənclərin narkomaniya və erkən nigahlara cəlb olunmasını hüquqi dövlət anlayışına uyğun olmadığını bildiriblər. Bu bəlalardan qurtuluşun tək yolu kimi təhsilə verilən önəmin artırılması qeyd olunub.


{img8}{img9}



{img10}{img11}



{img12}
URL / WWW
http://atxem.az/news/a-15463.html