Axtarış: 
Salyan rayonunda narkomaniya ilə bağlı tədbir keçirilib
+  -  Çap 
Yerləşdirilib: 26.05.16 | Baxılıb: 1990
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


May ayının 24-də Salyan rayon polis idarəsi, Salyan rayon təhsil şöbəsi ilə birlikdə rayonun Sarvan kəndində Sarvan, Şorsulu, Qızılağac, Boranıkənd, Dayıkənd kənd tam-orta, Quyçu, Şorsulu kənd ümumi orta məktəblərinin şagirdlərinə "Narkomaniyaya yox deyək!", "Dini radikalizim" və " Erkən nigahın fəsadları" adı altında tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən Salyan rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov qeyd etmişdir ki, ümumilikdə cənub bölgəsində daha çox rast gəlinən erkən nigah problemləri təssüf ki, Salyan rayonu ərazisində də müşahidə olunur."Bu problemin qarşısının alınması üçün vaideynlər arasında maarifləndirmə işinin gücləndirilməsi, qanunvericilikdə nəzərdə tutulmuş inzibati nəzarətin gücləndirilməsi, eyni zamanda ictimai qınaq metodlarından da istifadə olunmalıdır. Hesab edirəm ki, erkən nigahların baş verməsi həm də təhsildən yayınma hallarına görə baş verir və bu problemin həll olunması üçün təhsilə çox böyük önəm verilməlidir".

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov çıxışında bildirdi ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ümumilikdə cənub bölgəsində geniş yayıldığından Salyan rayonu da narkomaniyadan "öz nəsibini" alıb: "Bu günkü çıxışlardan da gördüyümüz kimi narkomaniya elə bir bəladır ki, onun törətdiyi fəsadların statistikası günü-gündən daha da artmaqdadır. Doğrudur, respublikamızda gənclərin zərərli vərdişlərdən, xüsusilə narkotik vasitələrin istifadəsindən uzaqlaşdırılması istiqamətində tədbirlər görulür, güc strukturları bu problemin həll olunması üçün öz effektiv mübarizələrini hər gün daha da artırırlar.

ATXƏM sədri qeyd edib ki, “ağ ölüm” adlandırdığımız bu bəladan xilas olmaq əvəzinə, qarşımızda günü-gündən daha da şəbəkələşmiş, daha çox gənci zəhərləməkdə olan bir bəla ilə qarşı-qarşıyayıq. "Bu bəla artıq elə bir mərhələyə qədəm qoyub ki, hesab edirəm ki, bu məsələdə güc strukturları ilə yanaşı geniş ictimayyət nümayəndələrinin, QHT-lərin, ziyalıların da səfərbər olunmasına zərurət yaranmışdır".

İlham İsmayılov bildirib ki, öz nizamnaməsində gənclərin vətənpərvərlik ruhunun artırılmasına xidmət edən bir təşkilat rəhbəri olaraq söhbət millətin gələcəyindən, sağlam gəncliyimizin zəhərlənməsindən gedirsə təbii ki biz də bir təşkilat olaraq bu mübarizədə öz yerimizi tutmağı, aidiyyatı orqanlarla birgə mübarizə aparmağı özümüzə bir borc bilirik: "Narkomaniyaya qarşı mübarizədə dünya təcrübəsi göstərir ki, aidiyyatı dövlət strukturları ilə ictimayyət nümayəndələrinin birgə əməkdaşlığı narkomaniyaya qarşı mübarizənin effektini daha da artırmaqdadır. Narkomaniya elə bir sosial bəladır ki, bu bəlaya qarşı mübarizədə cəmiyyətin bütün üzvləri səfərbər olunmalıdır. Biz mətbuat orqanlarında, xüsusilə televiziyalarda gəncləri bu bəladan qurtarmaq üçün reklam roliklərinə yetərincə rast gəlmirik. Təbii ki, təkcə onları məlumatlandırmaq da kifayət etmir. Narkomaniyaya qarşı mübarizdə kompleks tədbirlər planı işlənib hazırlanmalıdır".

Tədbirdə çıxış edən digər natiqlər də qeyd etmişlər ki, ayrı-ayrı aidiyyatı dövlət qurumları, yerli icra strukturları, ictimai birliklər gənclərin narkotik vasitələrə meyl göstərməsinin qarşısını almaq üçün respublikada, xüsusən də cənub bölgəsində vaxtaşırı müştərək tədbirlər hazırlayıb həyata keçirməlidir. Qeyd edilmişdir ki, naromaniyanın qarşısını almaq üçün aidiyyatı qurumlarla (xüsusilə sahə müvəkilləri) ictimayyət nümayəndələrinin və təhsil müəssələri rəhbərlərinin mütamadi görüşləri keçirilməli, bununla bağlı qaynar xətt yaradılmalı (gizlilik qorunmaqla bütün zənglərə reaksiya verilməli), narkoticarətlə məşğul olan şəxslərə qarşı sərt tədbirlər görülməlidir.

***


İyun ayının 1-də eyniadlı tədbir rayonun Qaraçala qəsəbəsində keçirilmişdir. Tədbirdə Pambıqkənd, Qarabağlı 1, Qarabağlı 2 kənd tam orta, Çadırlı, Arxarası orta məktəbinin müəllim və şagirdləri qatılmışlar. Tədbirdə çıxış edən natiqlər Dini radikalizimin törətdiyi fəsadlardan danışıb, gənclərin narkomaniya və erkən nigahlara cəlb olunmasını hüquqi dövlət anlayışına uyğun olmadığını bildiriblər. Bu bəlalardan qurtuluşun tək yolu kimi təhsilə verilən önəmin artırılması qeyd olunub.









VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo