Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » “Milli Ordumuzun aprel sınağı"ndan yazan jurnalistlər mükafatlandırıldı
28.06.16 05:28



İyunun 24-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Azərbaycan Mətbuat Şurasının elan etdiyi “Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi yazı müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.
Qeyd edək ki, müsabiqəyə yazı qəbulu mayın 20-dən iyun ayının 20-dək davam edib və bu müddətdə müsabiqəyə 100-ə yaxın yazı təqdim olunub.

{img1}Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov təbiri açaraq, bildirib ki, müsabiqə Mətbuat Şurası ilə birgə təşkil olunub və bir ay müddətində mövzu ilə bağlı müxtəlif KİV-lərdə bir-birindən gözəl yazılar dərc olunub: "Aprel hadisələrinə müxtəlif aspektlərdən yanaşılması, yazılardakı dil zənginliyi və jurnalistlərin mövzuya milli vətənpərvərlik hisslərini də əlavə edərək, geniş araşdırma aparmalarını bir təşkilat olaraq yüksək qiymətləndiririk. Təqdim olunmuş bütün yazılar yüksək əhval-ruhiyyə yaratmaqla, həm də cəmiyyətə təlqin edir ki, Azərbaycan əsgəri qarşısına qoyulan vəzifənin öhdəsindən layiqincə gəlməyə qadirdir və xalqımız Silahlı Qüvvələrimizə, onun Ali Baş Komandanına birmənalı şəkildə güvənir".

{img3}Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov müsabiqədə gənc jurnalistlərin üstünlük təşkil etməsini yüksək dəyərləndirib: "Müsabiqəyə təqdim olunan yazıların böyük əksəriyyəti yüksək peşəkarlıqla yazılıb. Bu müsabiqənin əhəmiyyəti ondadır ki, dördgünlük aprel müharibəsinin xalqımızda yaratmış olduğu qələbə əzmini bir daha xatırlamış olduq, bu savaşın qəhramanlarını böyük ehtiramla yad etdik".

Sonra Milli Qəhrəman Murad Mirzəyevin xatirəsinə həsr edilən film nümayiş olunub. Tədbirdə çıxış edənlər bu cür layihələrin qəhrəmanlıq salnaməmizin təbliği baxımından mühüm rol oynadığını diqqətə çatdırıblar.

Sonra qaliblər mükafatlandırılıb. Birinci, ikinci, üçüncü yerlərdən əlavə 16 həvəsləndirici, 2 xüsusi mükafat da təqdim edilib.

I yer - Rəşad Süleymanov, «Azəridefens» jurnalı

II yer -Elşad Paşasoy - «Yeni Müsavat» qəzeti, Ləman Mustafayeva - Lent.az

III yer - Asəf Quliyev - «Həftə içi» qəzeti, Təranə Məhərrəmova - «Kaspi» qəzeti, Vasif Həsənli - «Publika.az»

Həvəsləndirici mükafat


1. Süleyman İsmayılbəyli, «Olaylar» qəzeti,
2. Pərviz İsmayılov, «Yeni Azərbaycan» qəzeti
3. Rəşid Hüseynov, «Azərbaycan ordusu» qəzeti
4. Günel Cəlilova, «Bakı xəbər» qəzeti
5. Lalə Hüseynova, «Azərbaycan ordusu» qəzeti
6. Tahir Abbaslı, «Mədəniyyət» qəzeti
7. Zülfiyyə Quliyeva, «Mövqe» qəzeti
8. İradə Cəlilova, «Ekspress» qəzeti
9. Nurəddin Muğanlı, «Persona.az» saytı
10. İlahə İsmayılova, «Mingəçevir» qəzeti
11. Svetlana Bağırova, «Yeni Tərtər» qəzeti
12. Xəqani Səfəroğlu, «Strateq.az» saytı
13. Əli İbrahimov, «Xalq cəbhəsi» qəzeti
14. Elxan Salahov, «İki sahil» qəzeti
15. Cavanşir Qədimov, «Azad Azərbaycan» qəzeti
16. Ayyət Abdullayev, “Şərq” qəzeti

Xüsusi mükafat


Cəfər Cəfərli, yazıçı-publisist
Ülkər Qasımqızı, İnteraz TV

ATXƏM-in Mətbuat xidməti

{img11}{img7}{img16}


{img12}{img13}{img15}


{img17}{img14}{img4}
URL / WWW
http://atxem.az/news/a-15471.html