Axtarış: 
"Milli Ordumuzun aprel sınağı"ndan yazan jurnalistlər mükafatlandırıldı
+  -  Çap 
Yerləşdirilib: 28.06.16 | Baxılıb: 2201
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


İyunun 24-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Azərbaycan Mətbuat Şurasının elan etdiyi "Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi" mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi yazı müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.
Qeyd edək ki, müsabiqəyə yazı qəbulu mayın 20-dən iyun ayının 20-dək davam edib və bu müddətdə müsabiqəyə 100-ə yaxın yazı təqdim olunub.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov təbiri açaraq, bildirib ki, müsabiqə Mətbuat Şurası ilə birgə təşkil olunub və bir ay müddətində mövzu ilə bağlı müxtəlif KİV-lərdə bir-birindən gözəl yazılar dərc olunub: "Aprel hadisələrinə müxtəlif aspektlərdən yanaşılması, yazılardakı dil zənginliyi və jurnalistlərin mövzuya milli vətənpərvərlik hisslərini də əlavə edərək, geniş araşdırma aparmalarını bir təşkilat olaraq yüksək qiymətləndiririk. Təqdim olunmuş bütün yazılar yüksək əhval-ruhiyyə yaratmaqla, həm də cəmiyyətə təlqin edir ki, Azərbaycan əsgəri qarşısına qoyulan vəzifənin öhdəsindən layiqincə gəlməyə qadirdir və xalqımız Silahlı Qüvvələrimizə, onun Ali Baş Komandanına birmənalı şəkildə güvənir".

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov müsabiqədə gənc jurnalistlərin üstünlük təşkil etməsini yüksək dəyərləndirib: "Müsabiqəyə təqdim olunan yazıların böyük əksəriyyəti yüksək peşəkarlıqla yazılıb. Bu müsabiqənin əhəmiyyəti ondadır ki, dördgünlük aprel müharibəsinin xalqımızda yaratmış olduğu qələbə əzmini bir daha xatırlamış olduq, bu savaşın qəhramanlarını böyük ehtiramla yad etdik".

Sonra Milli Qəhrəman Murad Mirzəyevin xatirəsinə həsr edilən film nümayiş olunub. Tədbirdə çıxış edənlər bu cür layihələrin qəhrəmanlıq salnaməmizin təbliği baxımından mühüm rol oynadığını diqqətə çatdırıblar.

Sonra qaliblər mükafatlandırılıb. Birinci, ikinci, üçüncü yerlərdən əlavə 16 həvəsləndirici, 2 xüsusi mükafat da təqdim edilib.

I yer - Rəşad Süleymanov, «Azəridefens» jurnalı

II yer -Elşad Paşasoy - «Yeni Müsavat» qəzeti, Ləman Mustafayeva - Lent.az

III yer - Asəf Quliyev - «Həftə içi» qəzeti, Təranə Məhərrəmova - «Kaspi» qəzeti, Vasif Həsənli - «Publika.az»

Həvəsləndirici mükafat


1. Süleyman İsmayılbəyli, «Olaylar» qəzeti,
2. Pərviz İsmayılov, «Yeni Azərbaycan» qəzeti
3. Rəşid Hüseynov, «Azərbaycan ordusu» qəzeti
4. Günel Cəlilova, «Bakı xəbər» qəzeti
5. Lalə Hüseynova, «Azərbaycan ordusu» qəzeti
6. Tahir Abbaslı, «Mədəniyyət» qəzeti
7. Zülfiyyə Quliyeva, «Mövqe» qəzeti
8. İradə Cəlilova, «Ekspress» qəzeti
9. Nurəddin Muğanlı, «Persona.az» saytı
10. İlahə İsmayılova, «Mingəçevir» qəzeti
11. Svetlana Bağırova, «Yeni Tərtər» qəzeti
12. Xəqani Səfəroğlu, «Strateq.az» saytı
13. Əli İbrahimov, «Xalq cəbhəsi» qəzeti
14. Elxan Salahov, «İki sahil» qəzeti
15. Cavanşir Qədimov, «Azad Azərbaycan» qəzeti
16. Ayyət Abdullayev, "Şərq" qəzeti

Xüsusi mükafat


Cəfər Cəfərli, yazıçı-publisist
Ülkər Qasımqızı, İnteraz TV

ATXƏM-in Mətbuat xidməti






VIDEO
Prezidentin Qazaxıstana dövlət səfəri türk xalqları arasında həmrəyliyin gücləndirilməsinə xidmət edir - 22.10.2025
 
QHT-lərin əməkdaşlıq forumları təkcə təşkilatlar üçün deyil, ümumilikdə cəmiyyət üçün faydalıdır - 20.10.2025
 
Ramiz Mehdiyevin kadrları dövlət və hökumət qurumlarında, parlamentdə təmsil olunur və onların hamısı ifşa edilməlidir - 15.10.2025
 
“Türk Şengeni” yaradılır - 14.10.2025
 
İlham Əliyevin Sülh sammitinə dəvət edilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir - 13.10.2025
 
Azərbaycan Türk dünyasında artan siyasi nüfuzunu, təşəbbüskar rolunu nümayiş etdirdi - 08.10.2025
 
Şəhidlərin xatirəsi yad edilmişdir - 27.09.2025
 
Uca Türk xalqı Atatürkün miras qoyduğu Türkiyə Cümhuriyyətini bir dəyər kimi qoruyur, ona sahib çıxır - 29.10.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Dek.2025»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Axşam: +9.. +11dumanlı yağmurlar
Gecə: +9.. +11dumanlı yağmursuz
Səhər: +9.. +11dumanlı yağmursuz
Gündüz: +11.. +13dumanlı yağmursuz
Atm. təziyi: 763 ìì
Rütübət: 85 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo