Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» Belçikalı Türklərdən Xocalı məktəbinə hədiyyə
05.09.16 10:44
Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi və Belçika Gent Türk Ocaqlarının keçmiş dönəm başkanı Recep Tuncer Sarının şəxsi təşəbbüsü ilə Pirşağı qəsəbəsi ərazisində məskunlaşmış Xocalı 2 saylı tam orta məktəbinə yeni dərs ilinin başlanması münasibətilə məktəb ləvazimatlarından ibarət hədiyyə göndərilmişdir.
Əsasən məktəbli geyim formaları, çantalar, məktəb ləvazimatları, məktəb üçün bilgisayar, səsgücləndirici meqafon, dəftər-qələm və s. ibarət olan hədiyyələr məktəbə Azərbaycanda tərəfdaş təşkilat olan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi tərəfindən təqdim olunmuşdur.
{img2}{img1}ATXƏM-in icra katibi İlqar İlkin mərasimdə çıxış edərək, bildirmişdir ki, Belçikada fəaliyyət göstərən Türk və Azərbaycan diaspor təşkilatları mütəmadi şəkildə Avropada Xocalı soyqırımının tanıdılması ilə bağlı mübarizə aparırlar: "Hər il Avropa Parlamenti önündə Xocalı mitinqləri, Xocalıya həsr olunmuş tədbirlər məhz Ayhan Dəmirçi və Tuncay Sarının böyük zəhməti və təşəbbüskarlıqları hesabına baş tutur. Cari ildə onlar Azərbaycanda olarkən Xocalı məktəblərinə də baş çəkiblər və məktəbə yardım edəcəklərinə söz vermişdilər. Onlar öz vədlərinə əməl etdilər və biz bu gün onlarla Xocalı məktəblilərinin sevincinə şahid oluruq, onların gözlərindəki minnətdarlıq duyğusunu görürük".
{img3}Dağlıq Qarabağ Azərbaycan İcmasının üzvü, Xocalı sakini Cavid Əliyev tədbirdə çıxış edərək, Ayhan Dəmirçi və Tuncay Sarıya Xocalılar adından öz minnətdarlığını bildirib. Xocalı şəhər 2 saylı tam orta məktəblinin direktoru Fiqurə Rüstəmova çıxış edərək, onlara göstərilən bu dəstəyə görə bütün Belçika türklərinə təşəkkür edib, bu gözəl təşəbbüsə təhsildə əldə edəcəkləri yüksək nailiyyətlərlə cavab verəcəklərini bildirib.
URL / WWW
http://atxem.az/news/a-15476.html