Axtarış: 
Belçikalı Türklərdən Xocalı məktəbinə hədiyyə
+  -  Çap 
Yerləşdirilib: 05.09.16 | Baxılıb: 2395
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi və Belçika Gent Türk Ocaqlarının keçmiş dönəm başkanı Recep Tuncer Sarının şəxsi təşəbbüsü ilə Pirşağı qəsəbəsi ərazisində məskunlaşmış Xocalı 2 saylı tam orta məktəbinə yeni dərs ilinin başlanması münasibətilə məktəb ləvazimatlarından ibarət hədiyyə göndərilmişdir.

Əsasən məktəbli geyim formaları, çantalar, məktəb ləvazimatları, məktəb üçün bilgisayar, səsgücləndirici meqafon, dəftər-qələm və s. ibarət olan hədiyyələr məktəbə Azərbaycanda tərəfdaş təşkilat olan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi tərəfindən təqdim olunmuşdur.
ATXƏM-in icra katibi İlqar İlkin mərasimdə çıxış edərək, bildirmişdir ki, Belçikada fəaliyyət göstərən Türk və Azərbaycan diaspor təşkilatları mütəmadi şəkildə Avropada Xocalı soyqırımının tanıdılması ilə bağlı mübarizə aparırlar: "Hər il Avropa Parlamenti önündə Xocalı mitinqləri, Xocalıya həsr olunmuş tədbirlər məhz Ayhan Dəmirçi və Tuncay Sarının böyük zəhməti və təşəbbüskarlıqları hesabına baş tutur. Cari ildə onlar Azərbaycanda olarkən Xocalı məktəblərinə də baş çəkiblər və məktəbə yardım edəcəklərinə söz vermişdilər. Onlar öz vədlərinə əməl etdilər və biz bu gün onlarla Xocalı məktəblilərinin sevincinə şahid oluruq, onların gözlərindəki minnətdarlıq duyğusunu görürük".

Dağlıq Qarabağ Azərbaycan İcmasının üzvü, Xocalı sakini Cavid Əliyev tədbirdə çıxış edərək, Ayhan Dəmirçi və Tuncay Sarıya Xocalılar adından öz minnətdarlığını bildirib. Xocalı şəhər 2 saylı tam orta məktəblinin direktoru Fiqurə Rüstəmova çıxış edərək, onlara göstərilən bu dəstəyə görə bütün Belçika türklərinə təşəkkür edib, bu gözəl təşəbbüsə təhsildə əldə edəcəkləri yüksək nailiyyətlərlə cavab verəcəklərini bildirib.

VIDEO
İtkinlərin taleyi təkcə fərdlərin problemi deyil, bu bir humanitar problemdir - 31.08.2026
 
Nəqliyyat qovşağına çevrilən Naxçıvan-Türk dünyasının inteqrasiyasında mühüm faktor kimi - 13.08.2026
 
Uşaqların zərərli informasiyalardan qorunması istiqamətində atılan mühüm addım - 06.08.2026
 
Prezident İlham Əliyevin Qırğızıstan səfəri Türk dünyasının inteqrasiyasının sürətlənməsində mühüm addım kimi - 01.08.2026
 
Türk dünyasının sevilən şairi Nəriman Həsənzadənin xatirəsi daim qəlbimizdə yaşayacaq - 02.08.2026
 
Qafqaz İslam Ordusunun Azərbaycanı erməni-bolşevik quldur dəstələrindən azad etməsinin ildönümü münasibətilə İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi Azərbaycana səfər etmişdir - 23.08.2026
 
 
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo