Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» Şirvan seçiciləri Konstitusiyaya əlavə və dəyişikliklərə səs verəcəklər
07.09.16 14:53
Referendumla bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirilib
Sentyabrın 5-də Şirvan şəhərində referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı seçicilərlə izdihamlı görüşü keçirilib. Görüşü giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı məlumat verib. Onun sözlərinə görə, ölkə vətəndaşlarının böyük əksəriyyəti bu əlavə və dəyişikliklərə yekdilliklə səs verəcək. Çünki bu, ölkəmizə yeni inkişaf tendensiyası gətirəcək.
{img1}Görüşdə çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin tarixi zəruriliyindən danışıb. Hikmət Babaoğlu bildirib ki, bu dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq: “Hazırda Azərbaycan çox ciddi hüquqi-siyasi hadisə ərəfəsindədir. Sentyabrın 26-da ölkəmizdə ümumxalq səsverməsi - referendum keçiriləcək. Konstitusiya ilə bağlı 29 məsələ vətəndaşların müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir. Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq”.
{img2}Millət vəkili qeyd edib ki, gələcəkdə Azərbaycanda daha optimal idarəetmənin şahidi olacağıq: “Həmçinin insan hüquq və azadlıqlarının daha effektiv təminatını görəcəyik. Əsas məsələlərdən biri vitse-prezidentlik institutunun yaradılmasıdır. Bu institut prezident idarəetmə üsulunun tətbiq olunduğu ölkələr üçün vacibdir. Bu kontekstdə Nazirlər Kabineti ilə bərabər vitse-prezidentlik institutu da olacaq. Onlar bir-birinin təkrarı deyil. Hər bir qurumun özünün xarakterik xüsusiyyətləri var. Bu baxımdan, biz məsələni daha çox yeni və daha effektiv institusional qurumun yaradılması kimi başa düşməliyik. Qeyd etdiyim kimi, bu yeni qurum öz-özlüyündə daha effektiv və səmərəli idarəetməni təmin edəcək. Onu da qeyd edim ki, prezident üsul-idarə sisteminin mövcud olduğu bir sıra ölkələrdə prezident 7 il müddətinə seçilir və ali icraedici hakimiyyətin başçısı kimi özünə birinci vitse-prezident və vitse-prezidentlər təyin etmək hüququ var. Bu sistem idarəetmədə yeni çevik, effektiv keyfiyyət yaradır. Bütövlükdə, Referendum Aktı layihəsində vətəndaşları maraqlandıran çoxsaylı məsələlər (insan ləyaqətinin qorunması, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ, bələdiyyələrin məsuliyyəti, fiziki və əqli qüsurlu şəxslərin hüquqlarının Konstitusiyada təsbit olunması, tanınması, bank-maliyyə sisteminin idarə olunması və sair) əks olunub”.
{img3}Tədbirdə çıxış edən ATXƏM sədri İlham İsmayılov əlavə və dəyişikliklərin dövlətimizin gələcək inkişafı üçün önəmli olduğunu deyib: “Hər bir cəmiyyət, hər bir dövlət özünün inkişaf tarixinin müəyyən bir mərhələsində mütləq yeniliklərlə müşayiət olunmalı, bu yenilikləri həyatına tətbiq etməlidir. Bununla yanaşı, hüquqi bazasını, dövlət-vətəndaş münasibətlərini təkmilləşdirməli, vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini verməlidir. Eyni zamanda, insanların hüquq və azadlıqlarının təmin olunması, onların sosial həyatının yüksəldilməsi, cəmiyyətin inkişaf meyillərinin təmin olunması üçün vaxtaşırı qanunvericiliklərdə təkmilləşdirmələrə ehtiyac duyulur. Bu mənada ölkə Konstitusiyasında insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə təsbit edilməsi hüquqi dövlət prosesinin mühüm elementi kimi çıxış edəcək”.
Tədbirdə çıxış edən seçicilər də referenduma çıxarılan əlavə və dəyişikliklərlə tanış olduqlarını və ona səs verəcəklərini bildiriblər.
URL / WWW
http://atxem.az/news/a-15478.html