Axtarış: 
Şirvan seçiciləri Konstitusiyaya əlavə və dəyişikliklərə səs verəcəklər
+  -  Çap 
Yerləşdirilib: 07.09.16 | Baxılıb: 2059
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Referendumla bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirilib

Sentyabrın 5-də Şirvan şəhərində referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı seçicilərlə izdihamlı görüşü keçirilib. Görüşü giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı məlumat verib. Onun sözlərinə görə, ölkə vətəndaşlarının böyük əksəriyyəti bu əlavə və dəyişikliklərə yekdilliklə səs verəcək. Çünki bu, ölkəmizə yeni inkişaf tendensiyası gətirəcək.

Görüşdə çıxış edən Milli Məclisin deputatı, "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin tarixi zəruriliyindən danışıb. Hikmət Babaoğlu bildirib ki, bu dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq: "Hazırda Azərbaycan çox ciddi hüquqi-siyasi hadisə ərəfəsindədir. Sentyabrın 26-da ölkəmizdə ümumxalq səsverməsi - referendum keçiriləcək. Konstitusiya ilə bağlı 29 məsələ vətəndaşların müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir. Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq".

Millət vəkili qeyd edib ki, gələcəkdə Azərbaycanda daha optimal idarəetmənin şahidi olacağıq: "Həmçinin insan hüquq və azadlıqlarının daha effektiv təminatını görəcəyik. Əsas məsələlərdən biri vitse-prezidentlik institutunun yaradılmasıdır. Bu institut prezident idarəetmə üsulunun tətbiq olunduğu ölkələr üçün vacibdir. Bu kontekstdə Nazirlər Kabineti ilə bərabər vitse-prezidentlik institutu da olacaq. Onlar bir-birinin təkrarı deyil. Hər bir qurumun özünün xarakterik xüsusiyyətləri var. Bu baxımdan, biz məsələni daha çox yeni və daha effektiv institusional qurumun yaradılması kimi başa düşməliyik. Qeyd etdiyim kimi, bu yeni qurum öz-özlüyündə daha effektiv və səmərəli idarəetməni təmin edəcək. Onu da qeyd edim ki, prezident üsul-idarə sisteminin mövcud olduğu bir sıra ölkələrdə prezident 7 il müddətinə seçilir və ali icraedici hakimiyyətin başçısı kimi özünə birinci vitse-prezident və vitse-prezidentlər təyin etmək hüququ var. Bu sistem idarəetmədə yeni çevik, effektiv keyfiyyət yaradır. Bütövlükdə, Referendum Aktı layihəsində vətəndaşları maraqlandıran çoxsaylı məsələlər (insan ləyaqətinin qorunması, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ, bələdiyyələrin məsuliyyəti, fiziki və əqli qüsurlu şəxslərin hüquqlarının Konstitusiyada təsbit olunması, tanınması, bank-maliyyə sisteminin idarə olunması və sair) əks olunub".

Tədbirdə çıxış edən ATXƏM sədri İlham İsmayılov əlavə və dəyişikliklərin dövlətimizin gələcək inkişafı üçün önəmli olduğunu deyib: "Hər bir cəmiyyət, hər bir dövlət özünün inkişaf tarixinin müəyyən bir mərhələsində mütləq yeniliklərlə müşayiət olunmalı, bu yenilikləri həyatına tətbiq etməlidir. Bununla yanaşı, hüquqi bazasını, dövlət-vətəndaş münasibətlərini təkmilləşdirməli, vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini verməlidir. Eyni zamanda, insanların hüquq və azadlıqlarının təmin olunması, onların sosial həyatının yüksəldilməsi, cəmiyyətin inkişaf meyillərinin təmin olunması üçün vaxtaşırı qanunvericiliklərdə təkmilləşdirmələrə ehtiyac duyulur. Bu mənada ölkə Konstitusiyasında insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə təsbit edilməsi hüquqi dövlət prosesinin mühüm elementi kimi çıxış edəcək".

Tədbirdə çıxış edən seçicilər də referenduma çıxarılan əlavə və dəyişikliklərlə tanış olduqlarını və ona səs verəcəklərini bildiriblər.

VIDEO
Prezidentin Qazaxıstana dövlət səfəri türk xalqları arasında həmrəyliyin gücləndirilməsinə xidmət edir - 22.10.2025
 
QHT-lərin əməkdaşlıq forumları təkcə təşkilatlar üçün deyil, ümumilikdə cəmiyyət üçün faydalıdır - 20.10.2025
 
Ramiz Mehdiyevin kadrları dövlət və hökumət qurumlarında, parlamentdə təmsil olunur və onların hamısı ifşa edilməlidir - 15.10.2025
 
“Türk Şengeni” yaradılır - 14.10.2025
 
İlham Əliyevin Sülh sammitinə dəvət edilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir - 13.10.2025
 
Azərbaycan Türk dünyasında artan siyasi nüfuzunu, təşəbbüskar rolunu nümayiş etdirdi - 08.10.2025
 
Şəhidlərin xatirəsi yad edilmişdir - 27.09.2025
 
Uca Türk xalqı Atatürkün miras qoyduğu Türkiyə Cümhuriyyətini bir dəyər kimi qoruyur, ona sahib çıxır - 29.10.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Dek.2025»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Axşam: +13.. +15dumanlı yağmursuz
Gecə: +11.. +13dumanlı yağmursuz
Səhər: +11.. +13dumanlı yağmursuz
Gündüz: +13.. +15buludlu yağmursuz
Atm. təziyi: 765 ́́
Rütübət: 75 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo